xeyanet

Qadının kişiyə xəyanət etməsini göstərən əlamətlər

Baxış sayı: 792

İblisi ilk tanıyan qadın xəyanət məsələsində İblisin özü qədər müəmmalıdır. Odur ki, kişilərə qadını xəyanət üstdə yaxalamaq heç də həmişə asan olmur. Beləliklə, qadının kişiyə xəyanət etməsini göstərə bilən əlamətləri təqdim edirik.

 

Onun tamamilə yeni, tanımadığınız rəfiqələri, uzaq tanışları peyda olub

Əgər qadının bu vaxta kimi sizin tanımadığınız yeni rəfiqələri meydana çıxıbsa, əvvəlki tanışlarla yox, onlarla telefonda danışırsa, tez –tez görüşə getdiyini deyirsə, bunun izinə düşməyə dəyər. Çox güman ki, bu yeni rəfiqələr təzə sevgili ilə ortaq tanışlardır. Çünki qadın sevgilisi olduğunu sizin tanıdığınız rəfiqələrə deməyəcək, bu sirrini yalnız yeni adamlarla bölüşə bilər. Həm də kim bilir, bəlkə də telefondakı Aysel hansısa bığlı-saqqallı Orxandır?

Axı təkcə kişilər sevgililərini kişi adı ilə telefona qeyd etmir. Bu ki, məşhur üsuldur. Bu yeni rəfiqələrlə kafe, restoran, qonaqlıq, gəzinti, uşağının ad günü məclisləri bəhanəsi çoxalıbsa, xəyanət izinə düşməyə dəyər.

Qadın manyakcasına xarici görünüşünü dəyişməyə başlayıb

Əgər qadın geyimindən tutmuş saç rənginə kimi dəyişib, sizin bəyəndiyiniz hər şeydən imtina edib, hətta öz zövqündən də kənar imicə keçibsə, gözəllik salonlarından çıxmırsa, xüsusən bədən formasına manyakcasına diqqət yetirməyə başlayıbsa, şübhələnməyə dəyər. Düzdür çox qadınlar bunu ərinə və ya özünə görə edir. Lakin bu vaxta kimi sizin yanınızda epilyasiyasız ayaqlarından, bığlarından, rəngsiz saçlarından, köhnə alt paltarından utanmayıb, kompleks keçirməyibsə, amma indi üst donundan çox altdan nə geyindiyinə fikir verirsə, deməli, buna görə utandığı kimsə var.

Bir məsəldə deyildiyi kimi, qadın alt paltarına maaşının yarısını veribsə, deməli, paltarini soyunduğu kimsə var.

Yaxşı olardı ki, bu siz olasız, əgər o bahalı alt geyimini əynində yox, ancaq şkafda görürsüzsə və bunu nə üçün almısan sualına yönlü cavab almırsızsa, deməli, o geyimi onun əynində görən siz deyilsiz.

Qadın telefon, qulaqcıq, planşetdən ayrılmaz olub

İndi qadını sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Lakin əvvəllər heç olmasa tualet və hamama gedəndə telefondan əl çəkən qadın indi hər fürsətdə whatsap və mesencerdən asılıdırsa, deməli, virtual olaraq asılı olduğu kimsə var.

Əgər qadın telefona baxıb qızarır, gülümsəyir, sonra kənara gizlicə baxırsa, gec saatlarda mesaj səsi gəlib, yazan kimdir sualına dodaqaltı mənasız cavablar mızıldayırsa, şübhələnmək olar.

Düzdür, o təhlükəsizlik və gizlilik qaydalarını artıq həll etmiş olacaq. Komputer və telefonunun parolu dəyişəcək. Əgər onun telefonundan zəng etmək istəsəyəndə, o isterik tərzdə bir bəhanə edib buna imkan vermirsə, telefonu əlindən almaq əvəzinə, başqa izləmə yolları düşünün. Çünki birbaşa kobud yollarla heç bir şey sübut edə bilməyəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir