xeyanet

Qadınlar niyə xəyanət edir? – SƏBƏBLƏR

Baxış sayı: 815

İlk öncə onu qeyd edək ki, istər qadın olsun istərsə də kişi həyat yoldaşını aldatmaq üçün heç bir əsas yoxdur. Aldatmağın tək bir səbəbi ola bilər ama bu heç vaxt haqlı səbəb deyil. Qarşı tərəfdə sizi qane etməyən və onu aldatmağa gətirib çıxaracaq səbəb varsa, bunu onunla danışaraq həll etməyə çalışın, danışmaqla həll olunmursa yollarınızı ayırın bu qədər sadə.

Aldatmaqla qarşınızdakı şəxsin tək sizə qarşı deyil, hamıya qarşı güvəninə zərər vura bilərsiniz. Aldatmaq istədiyiniz şəxsin yerinə özünüzü qoyun, özünüz yaşamaq istəmədiyiniz şeyləri başqasına yaşatmayın.

sevgi

Qadın və kişi fərqi

Kişidən fərqli olaraq qadın evlilik yaxud sevgililik dövründə başqa birinə aşiq ola bilər. Bu səbəbdən öz sevgilisindən yaxud həyat yoldaşından uzaqlaşmaya başlayacaq. Unutmamaq lazımdır ki, kişi və qadın genetikası bir-birindən çox fərqlənir. Qadın başqa birinə aşiq olduğu zaman öz sevgilisinə yaxud həyat yoldaşına toxunmaz yaxud ona toxunmasını istəməz.Kişilər biraz fərqlidir. Onlar qısa müddətli bir münasibət yaşasalar belə sonrasında heçnə olmamış kimi öz münasibətlərinə davam edə bilirlər.

 

Nəticə: Qadın eyni anda bir neçə kişini sevə bilməz, kişi də isə bu fərqlidir.

sevgi

Qadın aldatması və ənənəvi dəyərlər

Ənənəvi, islami dəyərlərimizdə kişi aldatması keçici həvəs kimi göstərilsə də, qadın aldatması namus məsələsinə çevrilir. İlk öncə cəmiyyətimizdə olan bu fikri dəyişməyə çalışmalıyıq. Qadın aldatması necə ki, namus məsələsinə çevrilir və qadın cəmiyyətin təniqd hədəfinə çevrilirsə, kişinin də aldatmasına eyni cür münasibət göstərmək və bunun yanlış olduğunu aşılamaq lazımdır. Yaxud da tərsinə.

xeyanet

Qadın niyə aldadar?

Bunu unutmamaq lazımdır ki, kişi boşanmaq istəyirsə amma hər hansı səbəblərdən boşana bilmirsə aldatmağı seçər. Qadın isə münasibətində dəyər görmürsə, sevilmədiyini hiss edirsə, istədiyi həyatı yaşaya bilmirsə bu yola əl ataraq həyatında dəyişiklik etmək istəyər. Qadınında bir insan olduğunu, öz istək və arzuları olduğunu unutmayın.

aile

Təzyiq və depresiya

Qadın hissləri ilə hərəkət edən varlıqdır. Qadın depresiyada olduğu vaxt biri ilə danışmaq, rahatlamaq istəyər. Fərqli birində isə diqqət gördükdə hisslərini, fikirlərini onunla bölüşüb, ona yaxınlıq hiss etməyə başlayar. Davamlı olaraq həyat yoldaşı tərəfindən təzyiq altında olan qadınlar qaçıb qurtulmaq istəyər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir