moda

Qadınları cazibədar göstərən geyim tərzləri

Baxış sayı: 581

Gündəlik geyim tərzinizi moda ilə uyğunlaşdıranlardanmısınız, yoxsa öz tərzini yaradanlardanmı? Öz tərzini yaratmaq ən düzgün seçimdir. Çünki ətrafda dəblə uyğunlaşmağa çalışan o qədər qadın var ki, siz onların içində seçiləcəksiniz. Bəs hansı geyim tərzləri bizi daha cəlbedici göstərə bilər? Müxtəlif fəsillərə uyğun gələcək ən yaxşı geyim tərzlərini sıraladıq.

 

Cins şalvar ilə dəri gödəkcə birləşməsi

Cins şalvar və dəri gödəkcə heç zaman modası keçməyən bir birləşmədir. Müxtəlif yerlərə, tədbirlərə getmək üçün üstünlük verilə biləcək geyim tərzidir. Həm də bu iki birləşmə sizi çox cəlbedici göstərəcək. Birdə hündür daban ayaqqabı geyindizsə necə göründüyünüzü sizi süzən gözlərdə axtarın.

Qələm ətək

Qələm ətək geyim tərzi daha çox düz bədən quruluşuna malik qadınlarda daha gözəl görünür. Xüsusilə yandan yırtığı olan ətəklər daha gözəl görünür. Qələm ətək çiyinləri açıq kofta ilə daha gözəl bir birləşmə olacaq.

Qısa don və uzun çəkmə birləşməsi

Payız fəslində ən çox üstünlük verilən geyim formalarındandır. Həm rahat olması. həm də cəlbediciliyi ilə sizi digərlərindən fərqləndirəcək.

 

Tək parça geyimlər

 

Xüsusilə yay aylarının ən çox üstünlük verilən geyim tərzidir. Tək parçadan olan geyimlər çox rahat və havalı olur. Uzun qollu modellerini qış aylarında geyməkdə sizi gözəl göstərəcəkdir. Yay aylarında bu geyim tərzində eynək istifadə etməyi unutmayın.

 

Tunik və lasina

Tunik və lasina yay və qış aylarında üstünlük verilən birləşmələrdəndir. Tək lasina tərzi birləşmələrdə çox istifadə olunur. Lakin tuniklə edilən birləşmə qış aylarında sizi çox seksi göstərəcək. Yay aylarında isə tək parçalı geyinə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir