qoca

Qorxunu dəf etməyin yolları və qocalığın bilinməyən faydaları

Baxış sayı: 1. 328

Araşdırmalar sübut edir ki, insanlar yaşlanmaqdan qorxduqları üçün xeyli cavanlaşma üsullarına baş vururlar. Xüsusən kosmetoloq qapısında növbə tutan qadınlar, üzünü gərdirən, botoks etdirən kişilər bu kateqoriyaya daxildir. Amma bu məsələdə xeyli irəliyə gedənlər də var. Dünya varlıları daha məsrəfli üsullarla cavanlaşdırıcı dərmanlar, vasitələrə müraciət edirlər. Nəticə də onu göstərir ki, insan oğlu müəyyən yaşı adlayandan sonra yaşlılığı qəbul etmir, qəbul etmədiyi üçün ona qarşı dirənir, mübarizə aparır… Bəs niyə qorxur? Təkcə ölümə yaxınlaşdığı üçünmü?

Ümumiyyətlə, sufizmdə ölmədən öncə ölmək kimi bir ifadə var. Bu ifadəni ilk eşitdiyimizdə bizə elə gələ bilər ki, bu, yaxşı bir şey deyil. Bizlər əslində ölüm qorxusunu daha ana bətninə düşdüyümüz ilk andan etibarən yaşayırıq. Dünyaya göz açdığımız andan etibarən yaşamaq adlandırdığımız nəsnə, məsələn, 60-70 ilin gün-gün, saniyə-saniyə geriyə doğru sayılmasıdır.

Amma yaşamaq dediyimiz şey ölümə doğru bir gedişdir. Kim bunu qəbul edib də, yaşamağı istəyə bilər. Bəlkə də tam bu məqamda sufizmin ölmədən öncə ölmək təbiri məna qazanır. Gənc ikən, ya da 10-lu yaşlarda ikən ölümü əsla düşünmürük. Amma əslində 5 ilə 10 yaş arasında bir dönəm ölümlə maraqlanırıq. Mütləq bu dönəmdə ölümün nə olduğu ilə maraqlanır, amma böyüklər marağımızı hansısa formada öldürməyə çalışırlar. Valideyn olaraq bu dönəmdə ölümü sorğulayan uşaqlarımızı aldatma və yola vermə mərhələsində oluruq. Sonra onsuz da o uşaqlar da böyüyür və gündəlik narahatçılığın təlaşında bu hissi arxa plana atırlar. Ta o vaxta qədər ki, hansısa bir yaxınımızı itirir və ölüm qorxusunu boynumuzda hiss edirik. Amma yenə də bunu gündəlik həyatın təlaşına qapılıb basdırırıq. Və yaş müəyyən bir yerə çatanda, xüsusən də təqaüdlə birlikdə ancaq barışa biləcək bir durumdan çıxır, bu dəfə də inkar etmə duyğusu, qaçma instinkti bizi qoruya bilməyəcək hala gəlir.

Ä°lgili resim

 

ÖLÜMƏ QARŞI ÇIXIŞ ETMƏK OLMAZ

Kapitalist sistemin və ya günümüz davranış normalarının da burada təsirləri var. Məsələn, gənc görünmək. Alzheimer xəstəliyi üçün aparılan araşdırmanın 4 qat artığı döş xərçənfi və ya ereksiya müalicəsi üçün aparılır. Bir gün gələcəkdəki tanışlarımız 80 yaşında ad-soyadını xatırlamayan, amma bir çox üzvləri gənc qalan insanlarla dolacaq. Sistem də bunu bizə diqtə edir bir şəkildə, dəbdir deyə… Çünki üzvlərin gəncdirsə, sən də gəncsən kimi qəbul edilir. Halbuki bu nöqtədə ölümü inkar etmək əvəzinə o günə qədər zövqlə və sağlam şəkildə yaşamaqdır çarə. Ölümə qarşı etiraz edə bilməzsən, sadəcə o zaman gələnə qədər zövqlə, sağlam yaşamaq mümkündür.

İqlimə nəzarət edə bilməyəcəyimiz kimi ətrafımızda da bizim əlimizdə olmayan bir çox problemə nəzarət edə bilmirik. İstədiyimiz şey problemsizlik, ya xoşbəxtlikdir? Öncə buna qərar verməliyik. Və biz enerjimizi hara xərcləyirik? Əgər həyatı bir tərəzi olaraq düşünsək, bir tərəfə problemləri, o biri tərəfə də xoşbəxtliyi qoysaq, enerjimizi problemləri ortadan qaldırmaq üçün istifadə ediriksə, bu tərəzi hər zaman eyni sistemdə qalacaq, əgər xoşbəxtlik tərəfə bir şey qoymasaq. Yəni, hər ikisi üçün də enerji xərcləmək lazımdır.

yaşlanmaktan korkmak ile ilgili görsel sonucu

 

ƏTRAFDAKI ÖLÜMLƏR BİZƏ DAİM ÖLÜMLÜ OLDUĞUMUZU XATIRLADIR

Təbii, hər birimizin dəyərləri fərqlidir. Əslində həyatı bir matrixə bənzədirlər. Dəyərlərimiz çox sürətlə dəyişir və bunların hamısı virtualdır. Sadəcə bizim verdiyimiz dəyərlərlə əlaqəli, biz dəyərlərimizi fərqli tutsaq, fərqli nöqtələrə çata bilərik. Bir evin soyulmazdan əvvəl və sonra etibarlı olması durumu dəyişdirməz, amma bizim başımızda artıq o, etibarlı evim deyil. Yaşlanmaq qorxusu olanlar nə etməlidir? Əslində bunun vahid bir cavabı yoxdur. Çünki bir insana “bunu etməyin” demək onun həmin şeyi daha çox düşünməsini təmin edər. O səbəbdən də həmin insanlara yaşlılıq verilişlərini izləməyin demək doğru deyil. Çünki o cümlənin mesajı “sən yaşlısan, daha çox bunları izləyib, öz kefini pozma, yaşlısan, öləcəksən, boş yerə canını sıxma” deməkdir.

yaşlanmaktan korkmak ile ilgili görsel sonucu

 

QADINLAR NƏ ZAMAN YAŞLILIQDAN QORXURLAR?

Britaniyada aparılmış araşdırmanın nəticələrinə görə, qadınlarda “qocalma qorxusu” sindromu 29 yaşda başlayır.Bu yaşdakı qadınların bəziləri qırışları, bəziləri də saçlarının ağarmağa başlamasını qocalmanın ilk əlamətləri sayırlar.

“Superdrug” şirkətinin keçirdiyi sorğuda 2 mindən artıq qadın iştirak edib.Sən demə, Miranda Kerr, Şeril Koul, Mila Kunis və Emili Blantda da “qocalma sindromu” var.

Onlar sinələrinin dikliyinin azalması, saçlarının tökülməsi, habelə dişlərinin boşalmağa başlamasından qorxurlar. Yeniyetmə qızlar həmişə yaşlarından böyük görünməyə çalışırlar. Xanımlar 20 yaşdan sonra zahiri görkəmlərini bəyənməyə başlayırlar. Lakin 29 yaşa çatanda onlar təşvişə düşür, “qocalma problemi ilə nə isə etmək gərəkdir” düşünməyə başlayırlar. Xanımlar məhz bu yaşda saçlarında ilk ağ saçı axtarmağa başlayırlar.

Sorğuya qatılmış xanımların 33 faizi saçların ağarmağa başlaması ilə 29 yaşda maraqlandıqlarını deyib, 10 faizi isə “bu, ən böyük qorxumdur” deyib. 29 yaşlı xanımların 34 faizi qırışlardan və beldəki piydən qorxurlar. Yaşlanma prosesi ilə bağlı digər qorxular üzdə tüklərin peyda olması, qollarda venaların görünməyə başlaması, buxağın sallanması, piqment xalları və qollardakı qırışlardır.

29 yaşlı xanım hər gün 12 dəqiqəsini vücuduna müxtəlif kremlərin çəkilməsi, yaşlanma izlərinin gizlədilməsi üçün makiyaja sərf edir. Bu isə ildə 73 saat və ya təxminən 3 sutkadır. Rəyi soruşulan xanımların təxminən 10 faizi hesab edir ki, onlar yaşlarından ən uzağı 6 il yaşlı görünürlər.

yaşlanmaktan korkmak ile ilgili görsel sonucu

 

QOCALMAĞIN DA FAYDALARI VARMIŞ…

Alimlər qocalığın insan həyatına faydalarını açıqlayıblar. Bu, nə təsəllidir, nə də xoş söz. Ortada ciddi elmi faktlar var.

Bir-bir sadalayaq.

 

Sən daha az soyuqdəyməyə tutulursan

İl ərzində neçə dəfə soyuqdəymədən əziyyət çəkmisiz? Əgər sizin yaşınız 18-35 arasıdırsa, bu xəstələnmələrin sayı 3 olacaq. Yaşı 50+ olanlar isə ildə cəmi bir-iki dəfə soyuqdəyməyə tutulurlar. İnsan dünyaya göz açdığı gündən etibarən orqanizmindəki viruslarla amansız mübarizəsi başlanır. Amma yaş artdıqca, orqanizm öz sözünü dedikcə, sənin müqavimət hissin artır. Bir məqamı da unutmayaq ki, allergiya və miqren də daxil olmaqla bəzi xəstəliklər məhz orta yaşda insanları yaxalayır.

 

Sən daha xoşbəxtsən…

İnsan bütün həyatı boyu özünü xoşbəxt hiss etmir. Bu, ancaq bəzi yaş dönəmlərində özünü göstərir. Məsələn, 18-20 yaş insanların özünü ən çox xoşbəxt hiss etdiyi illərdir. Yaş artdıqca insanlarda olan xoşbəxtlik faizi get-gedə azalır və bu, 40 yaşında minimuma enir, ardınca isə yenidən artan qrafik üzrə inkişaf edir. Hesablamalar göstərib ki, 60 yaşlı insanların xoşbəxtlik faizi 18 yaşlılarla eynidir.

yaşlanmaktan korkmak ile ilgili görsel sonucu

Məhz bu yaşlarda insan harmoniyaya yaxınlaşır: boş-boş şeylərə görə həyəcanlanmır və daha çox axmaqlıqlar edir.

 

Sən şans oyunlarını daha yaxşı oynayırsan

Alman alimlər 2012-ci ildə sübut ediblər ki, ildən-ilə insanlar şans oyunlarını daha yaxşı oynayırlar. Bu, heç də o demək deyil ki, təqaüdə çıxan kimi sən kart oyunlarının əlifbasını çözürsən. Əksinə, sən gənclərdən fərqli olaraq öz emosiyalarını daha yaxşı idarə edirsən və ağılsız strategiyalardan uzaqlaşırsan.

 

Daha az həyəcanlanırsan

2010-cu ildə keçirilən bir başqa araşdırmada isə qeyd olunub ki, yaşlı insanlar daha az həyəcanlanırlar. Araşdırma 340 000 nəfər arasında aparılan sorğu nəticəsində üzə çıxıb. Sorğu iştirakçıları axırıncı dəfə özlərini nə zaman xoşbəxt hiss etmələri ilə bağlı sualı cavablayıblar.

Araşdırma üzə çıxarıb ki, narahatçılığın dərəcəsi 18 yaşdan 50 yaşa qədər artır, ondan sonra isə kəskin şəkildə aşağı düşür. Bu, elə stresin dərəcəsinə də bağlıdır. O, 50 yaşdan sonra azalmağa başlayır. Bundan başqa, yaşlı adamlar arasında səbəbsiz yerə kədərlənənlər azdır.

 

Yaşlısansa daha yaxşı yatırsan

Hamıya məlumdur ki, qocalara yuxuya getmək çətindir. Amma alimlər bunun klişe ola biləcəyini istisna etmir. “Sleep” jurnalında dərc olunan araşdırma 150 min nəfər respondent arasında keçirilən rəy sorğusunun nəticələrinə əsasən hazırlanıb. Məlum olub ki, 80 yaşlılar yuxusuzluqdan, yuxu pozulmasından daha az şikayət edir, nəinki 40 yaşlılar. Bundan başqa, rahat yatan 80 yaşlı insan yuxusuzluqdan əziyyət çəkən 40 yaşlı insandan daha sağlam ola bilər.

 

Qohumlarla münasibətin daha da yaxşılaşacaq

Araşdırmalar onu da üzə çıxarıb ki, 50 yaşdan yuxarı insanların öz qohum-əqrəbası ilə münasibətləri daha da yaxşılaşır. Perdyu Universitetinin alimləri üzə çıxarıb ki, yaşlı insanlar öz qohum-əqrəbaları ilə daha az konfliktə girirlər, dostlarına və doğmalarına daha bağlı olurlar.

 

Sən sivil dünyada yaşayacaqsan

Kriminal statistika sübut edir ki, gənclər yaşlılardan daha çox cinayət törədirlər. ABŞ-da baş tutan həbslərin 50 faizi 25 yaşlıların üzərinə düşür. Odur ki, yaşlılıq daha çox sivil həyat tərzi və daha az kriminal anlamına gəlir. Bu baxımdan yaşlanmağın xeyri həm də kriminalsız, sakit cəmiyyət yaratmaqdır.

 

 

Sevinc TELMANQIZI