bina

Rayonlarda və Bakıda kirayə evlərin qiyməti necə dəyişib?

Baxış sayı: 633

Rayonlarda kirayə mənzil bazarında qiymətlərin . Ekspertlər hesab edirlər ki, bu, istirahətə gedənlərin sayının artması ilə əlaqədardır.

Onların fikrincə, normal şəraitli, günlük kirayəsi 40 manata olan evləri yay ayında 50 manata belə tapmaq qeyri-mümkündür.

Hazırda tədris ilinin yekunlaşmaq üzrə olduğunu və iş üçün gələnlərin də artıq rayonlara qayıtmağa hazırlaşdığını nəzərə alsaq, paytaxtda kirayə ev axtaranların sayında azalma olmalıdır.

Bəs qiymətlər necədir?

“Makler” Elxan Cəfərov deyir ki, paytaxtda olan kirayə mənzillərin qiymətində ucuzlaşma baş verməyib:

“Boş evlərin sayı artır. Amma ev sahibləri qiyməti endirmir.  2-3 ay əvvəl boş ev yox idi. Hazırda isə əlimizdə 9 boş ev var. Kirayə mənzil axtaran şəxslər isə ucuz ev tapmağa çalışırlar. Yayda çox güman ki, qiymətlər daha uyğun olacaq. Lakin sentyabrda həmişəki kimi qiymətlər bahalaşacaq”.

Digər əmlakçı Elmir Babayev isə bildirir ki, hazırda kirayə mənzil qıtlığı yaşanır:

“1 otaqlı mənzillərin kirayə qiyməti aylıq 300-350 manat, 2 otaqlı mənzillərin kirayə qiyməti isə aylıq 350-400 manat arası dəyişir. Baha qiymətlərdən əlavə paytaxtdakı köhnə binalar söküldüyü üçün kirayə evlər azdır. Yay aylarında qiymətin enməsinə gəldikdə isə düşünürəm ki, heç bir ucuzlaşma olmayacaq”.

Daha bir “Makler” Rafiq Səmədov hesab edir ki, bu yay Bakıda olan kirayə mənzillər boşalmayacaq:

“Paytaxtda kirayə mənzillərin qiyməti ərazisinə görə dəyişir. Rayonda kirayə verilən evlərin artıb-azalmasının Bakıda kirayə verilən mənzillərə təsiri yoxdur. Rayonlarda olan kirayə evlərin qiymətinə gəldikdə isə, ancaq turistlərin çox olduqları məkanlarda kirayə evlərin qiyməti artır”.

Ləman Rüfətqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir