serab-kofe

Şərab və kofe idmandan faydalıdır?

Baxış sayı: 1. 312

Sağlam həyat tərzi, düzgün qidalanma daha çox özündə alkoqolsuz həyatı ehtiva edir. Amma son illərdə aparılan araşdırmalar az miqdarda qəbul olunan spirtli içkinin- şərabın əslində ziyandan çox faydasının olduğunu isbatlayır.

ABŞ-dan olan alimlər də 15 illik araşdırmadan sonra belə qənaətə gəliblər ki, sağlam qidalanmaq heç də alkoqoldan imtina etmək, onu bayramdan-bayrama, məclisdən-məclisə cüzi miqdarda qəbul etmək deyil. Alkoqollu içki, qəhvə və bir neçə kiloqram artıq çəki hətta 90 il yaşamağa kömək edir.

Araşdırmaya görə, sağlığa qaldırılan badələr əslində elə sağlamlığa xidmət edir. Daha doğrusu, orta səviyyədə qəbul olunan alkoqol, uzunömürlüyə səbəb olur. Gündə 2 bokal pivə və ya 1 qədəh şərab, vaxtından əvvəl ölüm riskini 18% azaldır. Bununla müqayisədə faydalı sandığımız 15-45 dəqiqə gündəlik idman isə ölüm riskini 11% azaldır. Bu baxımdan normada qəbul olunan spirtli içkini müntəzəm idman növlərindən üstün sayırlar.

Uzunömürlülük üçün digər bir “köməkçi”nin isə qəhvə olduğu bildirilir. Gündə içilən iki fincan qəhvə erkən ölüm riskini 10% azaldır.

Hesab olunur ki, belə olan halda bir neçə kiloqram artıq çəkisi olanlar hətta arıqlamağa səy göstərməyə də bilərlər. Onların 70 yaşdan 90 yaşa çatmaq şansları daha arıq olanlardan 3 % çox sayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir