-808e22af167811359085447816710898992

Sərvətə bərabər mayeler

Baxış sayı: 666

Dünyada bir çox insanın cibinə görə olmayan unikal mayelər mövcuddur. Aşağıda göstərilən dünyanın ən bahalı mayeləri sizi maraqlandırırsa, onda mütləq məqaləmizi oxuyun.

 

“Chanel N5”

Bu əfsanəvi ətir ilk dəfə 1921-ci ildə təqdim olunsa da, lakin hələ də aktuallığını itirmir. Deyilənə görə, Koko Şanel ətrinin müəllifi olan Ernest Bodandan “Qadın ətrinin verə biləcəyi, süni qadın ətrini” yaratmasını xahiş etmişdir. Şanelin ilk ətrini yaradan Bo sintetik rəngli iyi olan (Cucumis sativus) – aldeqidlərdən istifadə etmişdir. Bo- çar sarayının keçmiş ətriyyatçısı, 1917-ci il İnqilabından sonra Rusiyadan qaçaraq dünyada ilk dəfə aldeqid molekulları əsasında mükəmməl bir ətir yaratmışdı. Ətriyyaçı mademuazel Şanelə seçim üçün 10 ətsə də, lakin Koko Şanel bunlardan beşincini seçir və məhz belə bir ətir yaradır . Qeyd edək ki, “beş” rəqəmi Koko Şanelin sevimli rəqəmi idi. Bu əfsanəvi ətrin 1 litri təxminən 15 min dollardır.

 

4-hidroksibutanoik turşu

Bu maddənin digər adı qamma-hidroksibutirik turşudur. Rəngsiz olan bu maye insanın mərkəzi sinir sistemində mühüm rol oynayır. Anesteziya üçün və ya sedativ olaraq istifadə olunur. Bu maddənin istifadəsindən sonrakı vəziyyət alkoqol intoksikasiyası və ya narkotik eyforiyası ilə müqayisə edilir.

4-hidroksibutanoik turşusu bir çox ölkədə qadağandır. Məsələn, Rusiyada hətta narkotik vasitələrin siyahısına daxil edilmişdir. Onun 1 litri təxminən 660 dollardır.

 

İnsulin

İnsulin hormonu ilk dəfə 1922-ci ildə şəkər xəstəliyini müalicə etmək üçün istifadə edilmişdi. İlk dərman Torontodan olan 14 yaşlı Leonard Thompsona verildi. İnsulini kəşf edən Nobel mükafaı laureatları Frederik Bunting və Çarles Best sayəsində diabetin müalicəsində yeni bir dövr başladı. Qeyd edək ki, 1-ci tip diabetli xəstələr gündə insulin iynələri almalıdırlar. Uzun müddət fəaliyyət göstərən dərman gündə bir dəfə istifadə olunur və qanda insulinin əsas konsentrasiyasını yaratmaq üçün hazırlanmışdır. Dərman hər yeməkdən əvvəl qlükozanı normadan aşağı salmaq üçün qısamüddətli verilir. Bu doza rejimi mədəaltı vəzin fəaliyyətinə müsbət təsir edir. İnsulinin qiyməti 2,5 min dollardan 27 min dollara qədər dəyişir.

 

“DKNY Golden Delicious”

“DKNY Golden Delicious” ətri tərkibində qırmızı alma, portağal, gavalı, ağ liliya və başqa çiçəklərin qoxusunu birləşdirib. Adi qabda ətrin qiyməti 40-50 dollardır. 2011-ci ildə isə ətir üçün xüsusi qab hazırlandı və dünyanın ən bahalı ətri kimi tarixə düşdü. Belə ki, qab 2909 bahalı daşla bəzədilib. Qiyməti isə 1 milyon dollardır. Bu ətrin satışından əldə olunan gəlir xeyriyyə məqsədi ilə xərclənib.

 

Sarı əqrəb zəhəri

Ən bahalı zəhərlərdən biri sayılan bu maddə tibdə və əczaçılıqda olduqca əhəmiyyətli xarakter daşıyır. Qeyd edək ki, əqrəb zəhərindən zərdab ilə yanaşı revmatizm, radikulit, şəkər və onkoloji xəstələr üçün dərmanlar hazırlanır. Bir müddət əvvəl insanlar bu zəhəri yalnız ölü əqrəblərdən toplasa da, bu yaxınlarda əqrəblərə elektrik şoku ilə təsir edən VES-4 cihazı hazırlanıb. Həmin cihazın təsiri altında əqrəblərin zəhərlərini yığmaq təhlükəli olmur. Həmin zəhəri əldə etmək istəsəniz onun 1 litri üçün 12 min dollar ödəməli olacaqsınız.

 

Kral kobrasının zəhəri

Kral Kobrası dünyanın ən böyük zəhərli ilanıdır. Kral kobrasının zəhəri o qədər güclüdür ki, fili sancdıqda fil 3 saat müddətində ölə bilər. İnsanı sancdıqda 30 dəqiqəyə qədər kömək edilmədikdə həyatını itirir.

Bu güclü zəhərdən xroniki iltihabi xəstəliklərin, miqren və nevralgiyanın müalicəsi üçün dərmanlar hazırlanır. Həmçinin, Kral kobrasının zəhərindən Çində çox məşhur olan balzam hazırlanır. Bu balzam burada bütün xəstəliklərin dərmanı hesab olunur.

Kobra zəhərini toplamaq çox çətindir. Bu işlə məşğul olan insanlar adətən bu ilanları xüsusi ilan fermalarında yetişdirirlər. Zəhərin yığılması məhz təlim keçmiş insanlar tərəfindən edilir. Dünyanın ən bahalı maddələrindən sayılan bu maddə təxminən 42 min dollardır.

 

Lüksturna

Lüksturna dünyanın ən bahalı dərmanı sayılır. O, irsi torlu qişa xəstəliyini müalicə edə bilən bir gen dərmanıdır. Dərman 2018-ci ildə Amerikanın Spark Therapeutics şirkəti tərəfindən təqdim edilib və 2019-cu ildə Avropada istifadə olunmağa başlayıb. Bu dərman ABŞ-nın Qida və Dərman İdarəsi tərəfindən təsdiq olunan ilk genetik terapiya xüsusiyyətinə malik olan tibbi vasitədir. Qeyd olunur ki, Lüksturna pasiyenti dünyanın ən ağır və müalicə olunmayan xəstəliyindən – genetik irsi korluqdan qurtara bilər.

İnsanın genetik aparatına təsir edən dərman həqiqətən də irsi olaraq görməni itirən insanın görmə qabiliyyətini az da olsa bərpa edir. Məsələn, ABŞ-da bu diaqnozla 2000 insan yaşayır. Dünyada isə sayı daha çoxdur. Hər gözə 2 ampul tələb olunur, 2 ampul isə birlikdə 850 min dollardır. Bərpa prosesi mürəkkəb və bahalıdır. Dərmanın qiyməti çox yüksək olduğuna görə, bir çoxları onu əldə edə bilmir. Ola bilsin ki, Lüksturna gələcəkdə daha sərfəli qiyməyə satılacaq.

 

“Macallan Valerio Adami 1926”

“Macallan Valerio Adami 1926” adlı viski dünyanın ən bahalı spirtli içkisi adlanır. Təəccüblü deyil, çünki onun istehsalı 1926-cı ildə Şotlandiyanın “Macallan” şirkəti tərəfindən başlamışdır. 60 il çəlləkdə saxlanmış, 1986-cı ildə şüşələrə doldurulan bu içkidən cəmi 40 ədəd mövcuddur. İçkinin etiketləri üzərində isə dünyanın tanınmış rəssamları çalışıblar. Məhz buna görə, içkinin dəyəri daha da artdı. Dəyərli içkinin 24 ədədi seçilmiş müştərilərə bağışlandı, qalanları Edinburqda keçirilən “Bonhams” hərracında satılmışdı.

Qeyd edək ki, bir şüşənin qiyməti təxminən 1,53 milyon dollardır.

 

“D’Amalfi Limoncello Supreme” likyoru

Antica Russo fabrikində istehsal olunan bu likyor britaniyalı dizayner Stuart Hughes tərəfindən hazırlanıb. İçkinin əsas tərkib hissəsi limondur. Zəngin dadı ilə seçilən bu likyorun bir şüşəsi təxminən 43,8 milyon dollardır. İnanılmaz dizaynı ilə fərqlənən bu içkidən cəmi iki ədəd hazırlanıb. Müxtəlif ölçülərlə bəzədilən “D’Amalfi Limoncello Supreme” likyorunun bir şüşəsi İtaliyadan olan naməlum qadına hədiyyə olunub , digəri isə hərracların birində 43,8 milyon dollara satılıb. Şüşənin həcmi məlum olmadığına görə içkinin bir litrinin dəyərini hesablamaq mümkün olmayıb.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir