İnsan şəxsiyyəti mürəkkəb və çoxşaxəli bir sistemdir. Müasir psixologiyada şəxsiyyətin müxtəlif tipləri fərqli davranış modellərinə, emosional reaksiya formalarına və düşüncə tərzinə əsaslanaraq təsnif edilir. Bu tiplərin başa düşülməsi həm fərdin özünü tanımasına, həm də onunla effektiv ünsiyyət qurulmasına imkan yaradır. Aşağıda, ən çox rast gəlinən səkkiz əsas psixotipə qısa nəzər salacağıq.
1) İsteroid psixotipi
İsteroid psixotipə aid şəxslər diqqət mərkəzində olmağı sevirlər. Onlar emosional, teatrallığa meylli və tez-tez özlərini nümayiş etdirməyə çalışan fərdlərdir. Bu tip şəxslər üçün başqalarının fikri önəmlidir; təsdiqlənmə ehtiyacları yüksəkdir. Davranışlarında tez-tez dramatizasiya müşahidə edilir. Sosial mühitdə asanlıqla fərqlənə bilsələr də, bəzən səmimiyyətləri sual altına alına bilər.
2) Paranoryal psixotipi
Paranoryal psixotipə malik insanlar yüksək dərəcədə şübhəçidirlər və ətraflarındakı insanlara qarşı daim ehtiyatla yanaşırlar. Onların ədalət duyğusu güclü, məqsəd yönümlü və iradəlidirlər. Eyni zamanda, tənqidə qarşı həssas olmaları və kin saxlama meylləri bu psixotipin mənfi tərəfləri kimi çıxış edə bilər. Onlar tez-tez öz fikirlərinə fanatik şəkildə bağlı olurlar.
3) Hipertim psixotipi
Hipertimlər enerjili, pozitiv və ünsiyyətcil insanlardır. Onlar daim hərəkətdə olmağı, sosial təmasları və yenilikləri sevirlər. Risk almağa meyllidirlər və bəzən bu səbəbdən məsuliyyətsiz davranışlar sərgiləyə bilərlər. Həyata optimist baxış bucaqları olsa da, emosional dərinlik və sabitlik baxımından bəzən problemlər yaşaya bilirlər.
4) Emotiv psixotipi
Bu psixotipə aid fərdlər yüksək empatiya qabiliyyətinə malikdirlər. Onlar başqalarının duyğularını dərindən hiss edir və bu səbəbdən də tez təsirlənirlər. Emotiv insanlar adətən sədaqətli, həssas və yardımsevərdirlər. Onlar üçün emosional bağlar böyük əhəmiyyət daşıyır. Lakin həddindən artıq həssaslıq onları daxili zəriflik və emosional zədələrə açıq edə bilər.
5) Epileptoid psixotipi
Epileptoid psixotipdə olan şəxslər mühafizəkar, qayda-qanuna meylli və nizam-intizamı yüksək dəyərləndirən fərdlərdir. Onlar diqqətli, məsuliyyətli və detallara önəm verən olurlar. Lakin sərtlik, inadkarlıq və emosional sərtlik bu tipin neqativ tərəfləridir. Bu şəxslər stresli vəziyyətlərdə partlayışa meylli ola bilərlər.
6) Həyacanlı psixotipi
Bu tip insanlarda daxili narahatlıq və qərarsızlıq tez-tez müşahidə edilir. Onlar tez təşvişə düşür, qərar verməkdə çətinlik çəkir və özünə inamsız ola bilərlər. Ətraf mühitin təsirlərinə həddindən artıq həssasdırlar və sosial fobiyalar da müşahidə edilə bilər. Bununla belə, onlar sadiq və vicdanlı insanlar olurlar.
7) Şizoid psixotipi
Şizoidlər ünsiyyəti daha çox intellektual səviyyəsi yüksək olan, maraqlı söhbətlər edən insanlarla qurub, fikir mübadiləsi edirlər. Ona görə ki, onların fikirləri qəliz quruluşlu və fəlsəfi anlamlı olur. Hətta bu insanlar qarşılarına qoyduqları məqsədə çatmaqda belə maraqlı strategiyalar qurular.
Şizoid üçün cəmiyyət anlayışı onun rahatlığını yarada biləcək bir sistemdir. Cəmiyyət şizoid üçün nə indiki, nə də gələcək andan ibarət deyil. Şizoid hər zaman yeni ideyalarla çarpşır. Şizoidin dünyagörüşünə görə cəmiyyət heç kimin ona toxuna bilməyəcəyi azad bir yerdir.
8) Depressiv-Kədər psixotipi
Bu tipə aid insanlar kədərli əhval-ruhiyyə, pessimist yanaşma və özünüqiymətləndirmədə çətinliklərlə seçilirlər. Onlar çox vaxt daxili boşluq və ümidsizlik hissləri ilə mübarizə aparırlar. Həssas və düşüncəli olsalar da, enerjisizlik və təşəbbüs çatışmazlığı səbəbindən gündəlik həyatlarında çətinlik çəkə bilirlər. Depressiv-Kədər psixotipinin nümayəndələri həyatlarını neqativ üzərində kökləyərək yaşayırlar.
Şəxsiyyət tiplərinin psixoloji təhlili bizə göstərir ki, hər bir insan unikal struktura malikdir və bu fərqliliklər onun davranış, düşüncə və hiss dünyasını formalaşdırır. Yuxarıda qeyd olunan psixotiplər bir-birindən fərqli xüsusiyyətlər daşısa da, real həyatda bu tiplər çox vaxt bir-birinə qarışmış şəkildə – yəni qarışıq strukturlu formada rast gəlinir. Psixoloji inkişaf və fərdi inkişaf prosesində bu tiplərin tanınması və onların müsbət istiqamətdə yönləndirilməsi əsas məqsədlərdən biridir.
Mənsurə Qəhrəmanova
Psixoloq-Pedaqoq
Uşaq İnkişaf Mütəxəssisi
Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədr müavini
(Psixoloqla əlaqə saxlamaq istəyənlər, 055 361 68 60 mobil nömrsi ilə birbaşa Mənsurə Qəhrəmanova ilə əlaqə saxlaya bilərlər. Həmçinin psixopedaqoqmensureqehremanova adlı instagram səhifəsi vasitəsi ilə də Mənsurə xanımla kontakt yarada bilərlər.)
Bu cür yazılar valideynlər və müəllimlər üçün uşaqların davranışlarını anlamaqda faydalı ola bilər.
Bu tipləri bilmək gündəlik həyatda nə dərəcədə işə yarayır, onu dəqiq bilmirəm. İnsanlar hər situasiyada fərqli davrana bilir, yəni birinə etiket yapışdırmaq risklidir. Amma ümumiləşdirmə baxımından psixoloqlar üçün faydalı ola bilər.
Mən bu yazını oxuyanda özümü emotiv psixotipdə tapdım. Həqiqətən də başqalarının hisslərini dərindən duyuram və bəzən bu, mənə çox ağır gəlir. Yazını oxuyarkən bir növ ‘aa, bu mənəm!’ hissini yaşadım. Çox təşəkkür edirəm, belə yazılar insanın özünü tanımasına kömək edir.
Mən ümumiyyətlə psixologiyaya maraqlıyam və bu cür yazılar insanın özü haqda düşünməsinə səbəb olur. Hiss edirəm ki, emotivəm, amma bəzən də həyacanlı tipə bənzəyirəm. Elə bil hamımızda bir az hər şey var.
Müasir dövrde şexsiyyetin formalaşdırılması yolunda psixotiplerin hem ferqli , hem de qarışıq strukturlu formada tezahürünün öyrenilmesi mühüm ehemiyyet kesb edir.Şexsiyyetin özünü tanıması, derk etmesi, elece de valideyinlerin övladlarını, müellimlerin şagird ve telebelerinin psixotiplerini öyrenerek onlların psixotiplerine uyğun yanaşma metodlarından istifade ederek oları müsbet istiqamete yönlendirmeleri nöqteyi nezerinden evezolunmaz bir meyardır. Bu mövzuda öyredici yazıların davamlı olmasını arzulayırıq,Mensure xanıma uğurlar arzu edirik.
oldu
Şizoidin təsviri mənə yaxın gəldi – öz dünyamda rahatam, ideyalarla yaşayıram. Bu yazı məni düşündürdü.
Hər bir insanın öz iç dünyasını kəşf etməsi üçün belə materiallar vacibdir. Psixotiplərin bu cür qısa və aydın təsviri insanlara həm özlərini, həm də başqalarını daha yaxşı anlamağa imkan yaradır. Məqalənin sonunda real həyatda tiplərin qarışıq formada olması qeyd olunması isə çox doğru vurğudur