Teymur Mustafayev

Saçını rəngləyən kişilər – Müğənnilər, deputatlar, məmurlar… – Məşhur şəxsin xanımı DANIŞDI

Baxış sayı: 1. 455

Deyirlər hər yaşın öz gözəlliyi var. Eləcə də ağ saçların. Böyük əksəriyyət bunu qəbul etsə də, bəziləri yaşın gətirdiyi qocalıqla barışmaq istəmir, cavan görünmək üçün müxtəlif üsullara əl atır. Ağ saçlarını gizlədən kişilər xınadan, saç boyalarından istifadə edirlər ki, bu da bəzən qınağa səbəb olur.

Bu sırada ad çəkiləndə ilk yada düşən şəxs hamının “Teymur əmi” kimi tanıdığı 80 yaşlı Xalq artisti Teymur Mustafayev olur. Müğənni bu gün də yana daradığı seyrək saçlarına qara rəng qoyub efirlərə çıxır.

Bunun səbəbini soruşmaq üçün müğənninin telefonuna zəng edib. Amma telefonu Teymur əmi özü deyil., həyat yoldaşı açdı.

Xanımının sözlərinə görə, Teymur əmi heç vaxt saçını rənglədiyinə görə qınanılmayıb:

“Ağıllı inanlar saçlarına rəng qoyurlar. Çünki  saç gözəlliyin göstəricisidir. Efirdə tək-tük adamlar saçlarını boyamır. Fikir versəniz, görərsiniz ki, demək olar kişilərin əksəriyyətinin saçı boyalıdır.  Elə kişi  müğənni var ki, hətta saçını sarı rəngə boyayır. Teymurun saçını boyatmasında pis nə var axı. Bəzi kişi ifaçılar kimi makiyaj və ya estetik əməliyyat etdirmir ki…

Teymur  bu yaşda çox baxımlıdır. Mənim də onun baxımlı görünməyində, səliqəsində böyük rolum var”.

Dediyimiz kimi, ağ saçlarını gizlətməyə çalışan kişilərə bərmənalı münasibət yoxdur. Xüsusilə də Azərbaycan cəmiyyətində. Bir sıra sənət adamları var ki, uzun müddətdir saç rənglərindən istifadə edir. Onları qınayanlar da var, haqq qazandıranlar da.

Onlar isə ”səhnə adamıyıq, özümüzə fikir verməliyik ki, tamaşaçılar, sevənlərinmiz bizi həmişə formada, yaraşıqlı görsünlər” deyə saç rəngindən istifadə etməklərinə haqq qazandırılar.
Bu gün Azərbaycan musiqi sənətində xeyli kişi müəğənni saçını rəngləyir. Onların arasında Teymur əmidən də başqa xalq artisləri, əməkdar artistlər də var.
Xalq artisti Səməd Səmədov uzun müddətdir saçına rəng qoyur. Müğənninin bu hərəkətinə etiraz edən həyat yoldaşı hətta bir müddət onunla küsülü də qalıb.

 

Əməkdar artist Baloğlan Əşrəfov da saçını rəngləyir. Tamaşaçı onu ekranlardan, səhnədən həmişə qara gur saçlı biri olaraq görür. Müğənni buna pis baxanlarla razı deyil. O, plastik əməliyyat etdirən kişi ifaçıları qınayır, saçını rəngləyənlərisə yox.
Yaşının çox olmasına baxmayaraq bu müğənninin də qara, gur saçları diqqət çəkir. Söhbət xalq artisti Mübariz Tağıyevdən gedir.
Əməkdar artist Cavanşir Məmmədov isə əvvəlcə başına tük əkdirib, daha sonra saçını rəngləməyə başlayıb. Müğənni onun bu şakərinə pis baxanlara özü pis pis baxır.
Elariz Məmmədoğlu da bi vaxtlar keçəl idi. Sonra başına tük əlkdirdi, ardınca da saçlarını rəngləməyə başladı.
”Buna görə kişini qınamaq olmaz” deyən tanınmış müğənni Manaf Ağayev də saçını rəngləyən sənət adamlarındandır.
Tamaşaçı müğənni Səyyad Əlizadəni də qara saçda görməyə adət edib. Çünki o da saçını rəngləyən kişi sənətçilər sırasına daxildir.

Xalq artisti Faiq Ağayev, ATV-nin aparıcısı Zaur Baxşəliyev, müğənnilər Rəhim Rəhimli, Nadir Qafarzadə, Elnur Hüseynov da saşlarını tez-tez “refle” elətdiriblər..

Sonda onu da qeyd edək ki, saçını rəngləyən tanınmışlar təkcə müğənnilər deyil. Bu şəxslərin sırasında deputatlar, məmurlar da var… (“Modern.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir