cimmek

Saçları yuyarkən buraxılan ən kobud səhvlər

Baxış sayı: 488

Mütəxəssislər hesab edir ki, saçlara yanlış qulluq onların tez sıradan çıxmasına səbəb ola bilər.

Dünya şöhrətli stilist, ulduzların sevimli mütəxəssisi Ceyson Kolliyerin fikrincə, əksər insanlar başlarını yuyarkən səhvlərə yol verir və klassik proses burada qətiyyən rol oynamır. Cənab Kolliyer başyuma zamanı diqqət yetirilməsi zəruri sayılan beş bəndi sadalayır:

Başın iki dəfə yuyulması. Bir çoxları çimərkən başını ard-ardınca iki dəfə sabunlayır ki, saçları daha təmiz olsun. Fəqət buna ehtiyac yoxdur, çünki belə bir prosedur saçın təbiiliyini azaldır, onu quru edir.

Yanlış yuma. Əgər adam duşun altında saçlarını pis yuyursa, bu halda onun başının dərisində və saçlarında problemlər yarada bilər. Yəni, saçların inkişafı ləngiyir, onarda kəpək əmələ gəlir. Sərinkeşdən düzgün istifadə etməmək. Burada saçın tipini müəyyən etmək vacibdir. Əgər saçlar yumadan sonra rezin kimi dartılırsa, onlara sadəcə nəmlik lazımdır.

Başın dərisinin təmizlənməsi. Saç köklərinin yağlılığı başın dərisinin vəziyyətindən asılı ola bilər. Bu halda piyin çıxmasına səbəb olmamaq üçün dərini güclü massaj etmək lazım deyil.

Bərkidici vasitələrdən hədsiz istifadə. Belə kosmetik vasitələrdən çox istifadə saçların qırılmasına gətirib çıxarır. Oxşar proseduru həftədə bir dəfə 20 dəqiqədən çox olmamaq şərtilə etmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir