azer bagirov

Sevgi, yoxsa ehtiyac? – PSİXİATR YAZIR

Baxış sayı: 939

Əslində, birinə ehtiyac hiss etmək və birini sevmək arasında çox böyük bir fərq var. Sevginin bir ehtiyac duyulma olmağına baxmayaraq hələ də iki söz arasında böyük bir fərq var.

Yaralandığınızı və hərəkət etmək üçün qoltuq dəyənəklərindən istifadə etdiyinizi düşünün. Belə bir vəziyyətdə, qoltuq dəyənəklərini sevdiyinizi və ya istədiyinizi söyləyə bilərsinizmi? Əlbəttə deyil, yalnız onlara ehtiyacınız var, çünki yaralısınız. Eyni şey sevgidə də olur!

Bəzən kimisə sevdiyimizə inanırıq və o şəxsi  çox istədiyimizi hiss edirik, əslində isə bu hər zaman gerçəklik deyil. Çox vaxt ona ehtiyacımız var, çünki özümüzdə şüuraltında, bu ehtiyacı yaradan səhv nələrsə var. Ayrılıqların öhdəsindən gəlməkdə bizə maneə yaradan psixoloji faktor da burda yatır.

Sevgi psixologiyasına görə; gələcək həyatınızı quracağınız maraqlı və kriteryalarınıza uyğun tərəfdaşla qarşılaşanda ona aşiq ola bilərsiniz. Lakin yaralı olduğunuzda, özünüzü yalnız, çarəsiz hiss edəndə, təqdir edilmə və sevilmə ehtiyacı o qədər çox olur ki, sırf bu aclığı doyurmaq üçün, yanlış birinə yönələ bilərsiniz.

Tək qalmamaq, problemlərdən qaçmaq, özünüzü yaxşı hissetmək üçün aşiq olmaq haqda düşünürsüzsə, o zaman bilin ki, sevgidən çox, münasibətə  ehtiyacınız olduğu üçün bu yola girmisiniz.

Ehtiyaclar üzərində qurulan münasibətlər sağlıqlı deyil: Bunu açıqlayan türk atalar sözü  də var “dənizə düşən yılana sarılır” bəzilərinin, həqiqətən, onlara uyğun olmayan, hətta pis təsir edən ikili münasibətlərə girib, sonda ayrıldıqlarını görürük.

İkinci nüans ehtiyac ödəndiyi zaman sevgi də bitir. Əslində birini sevmək və ehtiyacı olmaq arasındakı fərqi görmək və ya bilmək sizi narahat edə bilər, çünki münasibətinizə kölgə salmaq istəməzsiniz. Ehtiyaclara söykənən münasibətlər sağlam deyil. Çünki ehtiyaclarınız ödənildikdə sevgi bitər, ona görə ki, münasibət ehtiyac üzərində qurulmuşdu.

Məsələn, təklik hiss elədiyiniz  üçün başlayan münasibəti düşünün. Ümumi sosial münasibətləriniz düzəldikdən sonra bu münasibətə ehtiyacanızın qalmadığını hiss edəcəksiniz.

Ancaq bu o demək deyil ki, sevgi münasibətlərində ehtiyac hiss etmənin heç bir rolu yoxdur,xeyr.

 

Psixiatr, Uzman Həkim Azər Bağırov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir