Gülləri yalnız gözəl olduğu üçün yox, hər birinin öz mənası olduğuna görə də xüsusi hesab edirlər. Təbii ki, hansı gülün hansı mənanı ifadə etdiyi də maraq doğuran məsələlərdən biridir. Məhz bunu nəzərə alaraq, ən çox yayılmış çiçək mənalarını təqdim edirik.
Bu siyahının köməyi ilə sizə hədiyyə olunan güllərin nə mənaya gəldiyini anlaya, gül hədiyyə edərkən isə daha diqqətli seçimlər edə bilərsiniz. Lavanda– Heyranlıq, yalnızlıq hissi. “Mən səni heç zaman unutmayacağam”, “Səni heç kimi əvəz edə bilməz”Ağ liliya– Ucalıq, alicənablıq, saflıq, bakirəlik
Tülpan– Əbədi yuxu, xəyal, unutqanlıq, xülyaçılıq, gənclik, mehribanlıq
Nərgiz– Cavabsız məhəbbət, aldanmış ümid, güclü hisslər. “Həmişə belə gözəl qal” , “Sən yanımda olanda günəş hər zaman parlayır”
Orxideya– Sevgi, zəriflik, incəlik
Pion– Xoşbəxt toy, şən həyat
Qızıl gül– sevgi, ehtiras
Çobanyastığı– Gənclik, məsumluq, inamsızlıq, romantiklik
Yasəmən– Gözəllik, məhəbbət, sevginin ilk həyəcanı
Bənövşə– Ləyaqət, təvazökarlıq; Məsumluq, gizli məhəbbət
İncə.az