Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2015-11-29 07:17:06Z | http://piczard.com | http://codecarvings.com

Soyuq fəsildə sağlamlığı qoruyan 5 VİTAMİN

Baxış sayı: 238

Payızda günlər qısalıb, gecələr uzandıqca, soyuqdan qaçıb isti otaqda qızınmaq istəyirik. Bu isə infeksiyaların inkişafına səbəb olur.

Bu sözlərin müəllifi, molekulyar mütəxəssisi Yulia Zotova payız-qış dövründə xüsusilə azyaşlılara D vitaminin verilməsini vacib sayır. Onun fikrincə, əslində D vitamini, demək olar ki, hər kəs üçün həyati əhəmiyyət kəsb edir.

Bəs, bu vitamini təbii yolla haradan əldə etmək olar -sualına mütəxəssis hava və yemək vasitəsilə deyir:

“Əlbəttə, günəşli havada daha çox olmalısınız. Payız və qışın günəşli havası orqanizmə müsbət təsir edir, bu səbəbdən daha çox gəzməyə çalışın. D vitamini ehtiyatlarını qida ilə də təmin etmək olar. Misal üçün, dəniz balıqlarının yağlı növlərində bu element yüksəkdir. Yağ, pendir və yumurta sarısınnı tərkibində də bu vitamin kifayət qədərdir. Göbələk, soya, portağal suyu, cəfəri, gicitkən və kəpəkdə də D vitamini var”.

Yulia Zotova yoluxucu xəstəliklər zamanı orqanizmin immunitetini dəstəkləmək üçün vacib olan vitaminli qidalara söykənməyi məsləhət görür. O, payız sağlamlığı üçün ən faydalı 5 vitamini sadalayır:

1. A vitamini. Böyümə və inkişaf proseslərində, immuniteti qorumaqda mühüm rol oynayır. Məhsullar: dəniz balığı, kürü, yağ, süd, pendir, kəsmik, yumurta sarısı. Yerkökü, balqabaq, pomidor, qırmızı bibər, ispanaq.

2. B6 vitamini. Amin turşularının metabolizmasında, neyrotransmitterlərin (norepinefrin, serotonin, melatonin) sintezində iştirak edir, yəni beynin işini yaxşılaşdırır və əhval-ruhiyyəni qaldırır. Hemoqlobinin qurulmasında da iştirak edir. Məhsullar: taxıl, dənli bitkilər, kartof, yerkökü, ət və süd məhsulları.

3. C vitamini. Antioksidant redoks proseslərində iştirak edir, bədənin yoluxucu xəstəliklərə (ARVI, qrip) qarşı müqavimətini artırır. Məhsullar: Əsasən bitki mənşəli məhsullar – sitrus meyvələri, itburnu, zoğal, pomidor, kələm, turp, soğan.

4. Vitamin B9. Nuklein turşusu metabolizmasında və zülal sintezində iştirak edir. Hüceyrə böyüməsini və bölünməsini təşviq edir. Hər kəs buna ehtiyac duyur, ancaq aktiv böyümə dövründə olan uşaqlar, eləcə də hamilə qadınlar üçün üçün xüsusilə vacibdir. Məhsullar: ən çox göyərti – ispanaq, cəfəri, yaşıl soğan. Tərəvəzlərdən – kələm, brokkoli, yerkökü, balqabaq.

5. B12 vitamini. Nuklein turşularının sintezi və maddələr mübadiləsi üçün lazımdır, qırmızı qan hüceyrələrinin meydana gəlməsini tənzimləyir. B12 vitamini çatışmazlığı anemiyaya səbəb ola bilər, odur ki, bu vitaminin qida ilə qəbulu insanlar üçün son dərəcə vacibdir. Məhsullar: heyvan məhsulları – ət, qaraciyər, eləcə də süd, pendir, qatıq, balıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir