xestelik

Soyuqdəymə ilə qripin fərqi

Baxış sayı: 1. 017

Uşaqlarda soyuqlamanın ən önəmli səbəbi rinoviruslardır. Xüsusilə də məktəb yaşlı uşaqlarda, toplum içərisinə çıxan uşaqlarda görülür. Bunu həkim-pediatr Günay Rəsulova açıqlayıb.

Onun sözlərinə görə, müalicəsi olmayan bu virusların səbəb olduğu xəstəliklərdən qorunmanın ən praktik yolu, əl təmizliyinə ciddi fikir verilməsidir. Xəstəliyin ilk əlamətləri asqırma və burun tıxanıqlığıdır. Bundan başqa, burun axıntısı, ümumi halsızlıq, öskürmə, baş ağrısı, boğaz ağrısı da ola bilər. Xüsusi bir müalicəsi yoxdur. Məqsəd infeksiyanın yol açdığı şikayətlərin azaldılmasıdır. Burunu açıq tutmağa çalışmaq, bol maye qəbul etmək, tez-tez əlləri yumaq, xəstələrin olduğu mühitdən uzaq olmaq məsləhətdir. Soyuqlama zamanı qripdən fərqli olaraq çox vaxt hərarət normal olur. Qrip virusu zamanı isə hərarətin yüksəlməsi, əzələ və oynaq ağrıları tez-tez müşahidə olunur. Qrip virusu ilə xəstələnmə zamanı bronxitlə və pnevmoniya ilə ağırlaşma ola bilər. Ümumi soyuqlamadan fərqli olaraq qripin qarşısını peyvəndlə almaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir