sud halvasi

Süd halvası necə hazırlanır?

Baxış sayı: 142

Tərkibi:
2 xörək qaşığı kərə yağı
3 xörək qaşığı duru yağ
Un 1 stəkandan 1 barmaq az
1 stəkan toz şəkər (çox şəkərli sevənlər 1,5 stəkan əlavə edə bilər)
1 paket vanil
1 litr süd (5 stəkan)

Hazırlanması:
Yağları uyğun bir qazana əlavə edin və əriyəndə unu əlavə edin və un qoxusu yox olana qədər qızartın, lakin rəng qaralmasın.
Sonra südü az-az əlavə edib qarışdırın, bu mərhələdə bir çırpıcı istifadə edin.
Hamar olana qədər çırpın, şəkər əlavə edin, göz göz olana qədər bişirin, ocaqdan götürün, sonda vanil əlavə edin və qarışdırın.
Soba qablarına və ya güveçlərə qoyun, bişirmə qabına su əlavə edinki yanmasın qazan.
Qızıl qəhvəyi olana qədər gözləyin və sobadan götürün.Qoz, fındıq və yer fıstığı ilə bəzəyib xidmət edə bilərsiniz.İsti və soyuq yeyə bilərsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir