telim

Sumqayıtda “Gənc Mühəndislər Laboratoriyası” layihəsinin növbəti təlimi keçirildi

Baxış sayı: 520
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Tələbələri İctimai Birliyi tərəfindən Gənclər Fondunun XV qrant müsabiqəsi çərçivəsində “Gənc Mühəndislər Laboratoriyası” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
11 noyabr 2021-ci il tarixində 13 nömrəli tam orta məktəbin informatika otağında keçirilən sayca III təlimdə çıxış edən Sumqayıt Tələbələri İctimai Birliyinin idarə heyətinin üzvü Ceyhun Hüseynov Gənclər Fondunun və İctimai Birliyin fəaliyyətindən danışmış, Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Gənc Mühəndislər Laboratoriyası” layihəsinin məqsəd, vəzifələri və icrasından gözlənilən nəticələr haqqında iştiraklara məlumatlar veilmişdir. Bildirildi ki, layihə çərçivəsində ümumilikdə 150 nəfər iştirakçı olmaqla 5 təlim keçiriləcəkdir.
Daha sonra təlimçi Ramil Süleymanovun idarəçiliyilə Robot texnologiyaları, mühəndislik və kod tədrisi, İKT sahəsində mühəndislik bacarıqları, dizayn və müasir texnologiya istiqamətində biliklər iştirakçılara çatdırılmış, “First Lego League (FLL) Azərbaycan” mühəndislik və robototexnika olimpiadası və “Rəqəmsal bacarıqlar” pilot layihəsində iştirak şərtləri haqqında geniş məlumatlar verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Təlimdə 30 gənc iştirak etmiş, onları maraqlandıran sullar cavablandırılmış, iştirakçılara buklet və sertifikatlar təqdim edilmişdir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir