kardioloq

Tanınmış kardioloqdan oruc tutanlara xəbərdarlıq – Yemək qaydaları

Baxış sayı: 1. 038

Gün boyu siqaret çəkməyib, iftardan sonra çox siqaret çəkmək də ürəyə çox böyük ziyan ola bilər. Türkiyənin məşhur kardioloqu Aydın Mustafa Ramazan ayında oruc tutan vətəndaşlara xəbərdarlıq edib.

O, deyib ki, oruc tutmaq insanların damarlarında elastikliyi artırır, insulin artmağa meyilli olur, ürək, qan-damar sistemində tromblaşmaya qarşı müsbət təsir edir.

Amma bununla yanaşı bir sıra priblemlərin meydana çıxması da mümkündür: “Oruc tutan şəxslər imsaqa mütləq oyanmalıdılar. Onlar iftar zamanı az yeməli, ağır qidalar qəbul etməməlidirlər. İmsaqa oyanmamaq artıq çəkinin yaranmasına səbəb ola bilər. Eyni zamanda imsaq və iftarda çox duzlu yemək qəbul etmək olmaz. Bu, ürək, qan-damar xəstəliklərinə səbəb ola bilər. Gün boyu siqaret çəkməyib, iftardan sonra çox siqaret çəkməyin də ürəyə çox böyük ziyanı ola bilər. İftar ilə imsaq arasında olan vaxtda kifayət qədər maye qəbul edilməlidir. İftar zamanı yeməkləri aramla və qısa məsafələr verməklə yemək lazımdır”.

O bildirib ki, imsaqda sulu və lifli qidalara üstünlük vermək lazımdır. Belə qidalar uzun müddət tox saxlayır.

Kardioloq onu da əlavə edib ki, ürək, qan-damar xəstəliyi olan xəstələr həkimləri ilə məsləhətləşdikdən sonra oruc tuta bilərlər. Əks halda onların səhhətində problem yarana bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir