qoz

Tromba qarşı qoz yeyin – HƏKİM DANIŞIR

Baxış sayı: 634

Sağlam atışdırma qidalar pis xolesterinin səviyyəsini azaldıb, arteriyalarda tromb tıxaclarının qarşısını ala bilər.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova Omeqa 3-lə zəngin qidaların tromba qarşı olduğunu deyir: “Qoz liprotein səviyyəsinə təsir edir və xolesterini azaldır. Əgər qanda xolesterin yüksəkdirsə, arteriyalarda damar tıxanması, qan pıtraqları yaranır. Bu zaman venoz tromboemboliya riski artır.”

Nermine Abbasova

Həkim həmçinin bildirir ki, ayaq və qollarda dərin vena trombozu sonra ürək və ağciyər tutulmasına səbəb olur. Onun sözlərinə görə, hər gün 10 ədəd qoz yemək bu riski azalda bilər.

Nərminə Abbasova onu da qeyd etdi ki, elmi tədqiqatlar göstərib ki, qozlarda damarların funksiyasını yaxşılaşdıran maddələr var. Qoz həmçinin qanda şəkəri tənzimləyir, yüksək təzyiqə qarşıdır. Ürək-damar problemlərindən erkən ölümü azaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir