FILM

Türk filmlərindəki gülməli xətalar

Baxış sayı: 2. 001

Kemal Sunalın baş rolunda çəkildiyi “Üç kağıtçı” filminin bir səhnəsində qadının paltarı saniyələr sonra tamamilə dəyişir.

“Hababam Sınıfı Tatilde” filminin bir səhnəsində pərdələr açıq olduğuna görə çəkilişin gecə baş tutduğu aydın bilinir. Daha sonrakı səhnələr isə gündüz vaxtı çəkilib.

“Neşeli Günler” filmində turşu dükanındakı səhnədə turşu bankalarının olduğu yerdə bir nəfərin əli görünür.

1975-ci ildə çəkilən “Ateş Böceği” filmində Necla Nazırın köynəyinin dəyişdiyi bilinir.

1971-ci ildə baş rolunda Cüneyt Arkının çəkildiyi “Malkoçoğlu Ölüm Fedaileri” filminin bir səhnəsində axra fonda yük maşını görünür.

Kemal Sunalın çəkildiyi “Çöpçüler Kralı” filmində pəncərəyə atılan tərlik pəncərəyə çatmadan şüşənin çatlamış olduğu bilinir. Bu səhnədə tərlik şüşəni qırmaz deyə əvvəlcədən çatladılaraq şüşəni zəiflədiblər.

1973-cü ildə çəkilən “Savulun Battal Gazi Geliyor” filminin baş rolunda Cüneyt Arkın çəkilib. Bu filimdəki bir xəta illər sonra ortaya çıxıb. Belə ki, bir səhnədə “Battal Gazi”nin əlindəki qılınca filmin operator və rejisorunun əksi düşür.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir