Gulnare Ibisova

Uşaq ərköyünlüyü və onun səbəbləri – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 078

“NƏ ÜÇÜN UŞAQLAR ƏRKÖYÜNLÜK EDİRLƏR” SUALINA CAVAB VERƏK.

Düşüncə və təfəkkürümüzün bəhrəsi olan tərbiyə metodunu tətbiq etməklə övladlarımızı bəzən doğru yetişdirmirik. Bu gün onların ərköyünlüyünə, şıltaqlığına gülürük, başımıza çıxarırıq.  2-3 yaşlı uşaq bizim seçdiyimiz paltarı geyinmir, ayağını yerə çırpır ki, mən öz istədiyimi geyinəcəyəm. Kiçik yaşlı uşaq bişirdiyimiz yeməyi yemir, ayağını yerə çırpıb öz istədiyini tələb edir. Oyuncaqları ilə aqressiv davranır, bizsə anlaya bilmirik ki, bu aqressivlik sabah onda başqa cüru təzahür edəcək. Bu, ailədə tək böyüyən uşaqlarda daha çox təsadüf olunur.

valideyn

VALİDEYNLƏRİ MARAQLANDIRAN SUALLARDAN BİRİDƏ NECƏ BİLİM Kİ MƏNİM UŞAĞIM ƏRKÖYÜNDÜR?

Uşağın ərköyün olmasını göstərən bir sıra əlamətlər vardır:

1) Ərköyün uşaqlar çöldə, insan içində və hətta öz evlərində, tez-tez hirslənər, durduğu yerdə qışqırmağa və ağlamağa başlayarlar.

2) Ərköyün uşaqlar sahib olduqlarıyla kifayətlənməz və əlindəkillərlə əsla təmin olmazlar. Başqa bir uşağın əlində başqa bir şeylər görsələr, mütləq onu istəyərlər.

3) Heç bir uşaq təmizlik etməkdən xoşlanmaz.4-5 yaşlı uşaq artıq öz oyuncaqlarını toplamalı, öz ayaqqabılarını yerinə qoymalıdır. Ərköyün uşaq isə bu kiçik işləri belə etmək istəməz.

4) Ərköyün uşaqlarda böyük-uşaq ayrı-seçkiliyi çox olmaz. Yaşına baxmadan bütün böyüklərin davamlı onlarla maraqlanmasını və onları dinləməsini istəyərlər.

5) Ərköyün uşaqlar bilərək və istəyərək insan içində valideynlərini utandırar və diqqəti cəlb etmək üçün əlindən gələni edərlər.

6) Kiçik uşaqlar üçün paylaşma fikrini öyrənmək çətin bir vəziyyətdir.Amma 4 yaşlı uşaq oyuncaqlarını, yeməkləri və.s şeyləri qardaşlarıyla və yoldaşlarıyla paylaşma istəklərinə sahib olurlar. Ərköyün uşaqlar isə yaşından aslı olmadan heçnəyi paylaşmazlar.

psixoloq

Mütəxəssis necə kömək edə bilər?

Valideynlərlə psixokonsultasiya aparmaq,onlara uşağın ərköyünlüyünün səbəbini axtarmaqda,ailə üzvlərinin uşağın xoşagəlməz hərəkətlərini korreksiya etməyə imkan verən davranış üsulunu işləməklə kömək edə bilər.

 

Psixoloq Gülnarə İbişova




7 şərh “Uşaq ərköyünlüyü və onun səbəbləri – PSİXOLOQ YAZIR

  1. Nailə Qurbanova

    Ərköyün uşaqlar dövrümüzün ən böyük valideyn-uşaq problemlərindən biridir. Bu səbəbdən maraqlı mövzuya toxunmusunuz. Təşəkkür edirəm.

    Cavabla
  2. Melahet Abisova

    Erköyünlük sebeleri onun aradan qaldirilmasi ucun cox faydali ola biler. Psixoloq xanima tesekkur dusur

    Cavabla
  3. Gulsen

    Menim qizimin sevimli psixologu😍 Emiliya sizin sayenizde ozguvensizliyinden,qorxularindan qurtuldu🙏♥️

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir