dirnaq yemek

Uşaqlar niyə dırnaqlarını yeyir? – “QƏBUL OTAĞI”

Baxış sayı: 504

Uşağınız özü də hiss etmədən əlini ağzına aparır, barmağını əmir ya da dırnağını yeyirsə və bu hərəkətləri tez-tez təkrarlayırsa deməli uşağınız davranış pozuntusu olan barmaq əmmə ya da dırnaq yemək kimi vərdiş qazanmışdır.

Uşaqların dırnaq yemə səbəbləri isə : Əgər , dırnağını yeyən uşaq 2 yaşdan aşağıdırsa bunun 2 səbəbi ola biler.

Uşaq ana südündən tez ayrılmış ola bilər. Çünki 2 yaşına kimi uşaqlarda əmmə refleksi dəvam edir. Əger ana südü əmməzsə, bu ehtiyacı əli ağıza apararaq ya barmaq əmmə ilə yada dırnaq yemə ile ödəyərlər.

Diger sebeb ise evdə kimsə dırnaq yeyirsə , usaq bunu təqlid edə bilər.

Uşaqlarda dırnaq yemə bir sıra qorxu, təzyiq, gərginlik və emosional toqquşmalar nəticəsində ortaya çıxır. Ailədə avtoritar rejimin olması, uşağın daima danlanaraq, tənqid olunması, qısqanclıq, yetərsiz sevgi dırnaq yemə vərdişinə səbəb olan başlıca faktorlardır. Valideynlərin yola getməməsi və problemləri uşaqlarda dırnaq yemə vərdişinə səbəb ola bilər.

Uşaq 2 yaşdan yuxarıdırsa hətta 4,10,15 ve daha çox yaşa qəder davam edə bilər.

Bu zaman dırnaq yemə sənəbi “guvən və baglanma problemi”, “duygusal ehtiyacın ödənməməsi” ola biler.

Bele uşaqlar daha çox sosial ortamda çəkingən,utanqac ola bilərlər ve dırnaqlarını yeyirler.

Yaxud evdə ,ətrafda önəmsənilmir, diqqətə alınmır, dinləmirlər.

Emossiyalarını çolə vura bilmir, valideynləri ilə semimi söhbet qura bilmir və bəzən valideynlərinə olan stressin heyfini dırnaq yeməklə sanki dırnaqlarından çıxırlar.

Məktəbli uşaqların dırnaq yemə vərdişinə sahib olmalarının səbəblərinə isə aşağıdakıları göstərə bilərik:

1) Özünə inamsızlıq

2) Müəllimdən qorxmaq

3) Valideyndən qorxmaq

4) Həmyaşıdları ilə yaşadığı problemlər

 dirnaq yemek

Uşağınızda bu davranışı gördüyünüz zaman NƏ ETMƏMƏLİSİNİZ?

” Əlini ağzındn çək”, “uşaq kimi hərəkətlər etmə” kimi cümlələr istifadə etməyin. Bu uşağın həmən hərəkəti təkrar etməsinə səbəb olacaq. Problemi aradan qaldırmaq üçün valideyn bu hərəkəti qadağan etməməli, cəza verməməli və ailədədə uşağın yanında bu vərdişi söhbət mövzusuna çevrilməməlidir. Uşağı zorla bu vərdişdən aralamaq istədikdə o, bunu gizli etməyə başlayır. Uşağın dırnağına acı dada malik olan dırnaq boyası da sürtmək olmaz.

İlk növbədə valideynlər bunun altında yatan səbəbi axtarıb tapmalıdırlar. Bu problemin nədən qaynaqlandığını araşdırmalıdırlar.

dirnaq yemek

Bəs dırnaq yemə vərdişi olan uşağımıza necə kömək edə bilərik?

1) Uşağınıza kifayət qədər sevgi və qayğı göstərin

2) Dırnaq yeməyə başladığı anda başqa məşğuliyyətlə fikrini yayındırın (yemək yemə və s.)

3) Ona tez-tez “Dırnağını yemə!”, “Əlini çək ağzından!” kimi ifadələr işlətməyin. Bu onun daha da narahat olmasına səbəb olacaq.

4) Dırnaqlarını düzgün kəsin, hamarlayın və kremləyin;

5) Uşağınızı xəbərdar edərək barmaq uclarına acı, lakin zərərsiz maye (lak) çəkə bilərsiniz;

6) Uşağınızda özünə inam formalaşdırın;

Övladınızı əzizlənməkdən məhrum etməyin. Çünki sağlam mühitdə yaşayan uşaq sağlam ruha sahib olur.

 

Uşaq psixoloqu Yasəmən Səfərzadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir