Nezrin Cerullayeva 3

Uşaqlara ölümü necə izah edək? – PSIXOLOQ YAZIR

Baxış sayı: 332

Həyatımız boyu bir çox səbəblərdən itki yaşaya bilərik. Yaşadığımız bu itkilər qarşısında verdiyimiz reaksiyalara və duyğulara “yas” adını veririk. Yası itkinin acısı ilə mübarizə apardığımız təbii və vacib bir dövr olaraq da adlandıra bilərik. Yaşadığımız ən böyük və ən vacib itki sevdiyimiz və dəyər verdiyimiz birinin ölümü olmaqla yanaşı itki və yas duyğularını hiss etdiymiz bir çox yaşantı var. Bu yaşantılar arasında sevdiymiz bir heyvanın ölümü, valideynlərin ayrılığı, boşanması, məktəbdən ayrılma, ciddi bir şəkildə xəstələnmə və ya yaxın birinin ciddi şəkildə xəstələnməsi və s. ola bilər.

Uşaqlarla ölüm haqqında danışarkən iki vacib məsələni müəyyən etmək lazımdır: onların bu mövzuda nəyi bildikləri digəri isə nəyi bilmədikləridir. Uşaqlarla ölüm haqqında danışarkən deyilənlər uşağın yaşına və keçmiş yaşam təcrübəsinə uyğun olmalıdır.

Ölüm həyatın bir parşasıdır və uşaqlar müxtəlif formalarda olsa da, ölümün fərqinə varır. Əgər uşaqlarla bu mövzuda danışılsa və ehtiyacı olan məlumatlar verilsə, yaşanacaq hər hansısa bir böhrana hazır olar və öhdəsindən gələ bilər. Uşaqların suallarına şübhəli cavablar uşaqlar tərəfindən tez anlaşıla bilər buna görə də daha sadə, dəqiq, təəccüb doğurmayan açıqlamalar uşağın ölümü başa düşməsinə kömək edəcək.  Ediləcək açıqlamalar aşağıdakı mərhlələrdən ibarətdir:

USAQ

Uşaq hazır olduqda ünsiyyət qurma istəyinə qarşı duyarlı olmaq

Dürüst açıqlamalar etmək;

Dinləmək və duyğularını qəbul etmək;

Çox kiçik olduqlarını deyerək suallarını ertələməmək;

Qısa, sadə açıqlamalarla suallarına cavab verərək zehinlərində daha da qarışıqlıq yaradacaq açıqlamalardan uzaq olmaq;

İnkişaf dövrlərinə görə ölüm anlayışı

0-2 – yaş anlama qabiliyyətində deyil, lakin bağlandığı insandan ayrıldıqda ayrılıq qayğısı yaşaya bilər.

3-5 yaş – Ölümü geri dönülə bilən bir hadisə kimi anlaya bilər. Ölümün insandan insana keçdiyinə beləliklə başqalarının və özünün də bundan ötrü öləcəyinə inana və qorxa bilər.

6-10 yaş Geri dönülməz, sona çatma olaraq da görə bilər ölümü. Özünün də ölə biləcəyini qavraya bilməz.

11-13 yaş – Sona çatma yaşamın bitməsi olaraq qavraya bilər olümü, ölümün biolji əalmətlərini anlaya bilir.

14-18 yaş – Konkret olaraq ölümü anlaya bilir, təhlükəli vəziyyətlərdə ölə biləcəyini başa düşər.

olum

 Uşaqlar üçün nə edilə bilər?

Yaşanan hadisə ilə bağlı məlumat verilə bilər. Məlumat verilrəkən uşağın yaşı, sosial cevrəsi nəzərə alınmalıdır.  Uşağa məlumat verilərkən səssiz və sakit bir özünü güvəndə hiss edəcəyi yerdə verilməlidir. Verilən xəbər üçün uşaq öncədən hazırlanmalıdır. Məsələn, uşaqla danışmazdan qabaq “ sənə üzücü bir xəbər verəcəm” deyilə bilər. Uşaqlar adətən olanlardan özünü günahkar hiss edə bilər, olanların, baş verənlərin onların etdikləri dedikləri heç bir şeylə əlaqəsi olmadığı izah edilməldir.

Ən vacib məsələlərdən biri də uşağa ölümün yuxu ilə əlaqəsi olamdığını bildirməkdir. Əks halda uşaq ölən insanın yatdığını hesab edib narahat ola bilər və yuxu ilə bağlı problemlər meydana gələ bilər. Uşağa ölən insanın “uzağa getdiyi” deyilməməlidir. Bu hal onlarda tərk edilmişlik duygusuna yol aça bilər. Xəstə oldugunu demək isə hər insnaın xəstələnib öləcəyi inancına qapılmasına yol açar.

Ölüm və itki ilə əlaqəli yaşananlar fərdi olaraq insana görə dəyişə bilər.

 

Uşaq və yeniyetmə psixoloqu Nəzrin Cərullayeva

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir