usaq

Uşaqlarda dilin əsas inkişaf mərhələləri haqda bilmədikləriniz

Baxış sayı: 1. 162

Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar? İlk sözü nə vaxt deməlidirlər? İkisözlü, üçsözlü cümlələrə keçid hansı yaş dövrlərində baş verir? Bu suallar demək olar ki, bütün anaları düşündürür. Xüsusilə də, yeni ana olmuş qadınlar təcrübəsiz olduqları üçün uşaqlarını başqaları ilə müqayisə edir və nəticədə, yersiz həyəcanlara yol verirlər. Elə isə, bu həyəcanları aradan qaldırmaq üçün uşaqlarda dilin əsas inkişaf mərhələlərini nəzərdən keçirək:

 

0-6 ay

Bu dövr əsasən, qığıldama dövrüdür. Bu dövrdə uşaq müəyyän hecaları ifadə etməyə çalışır.

 

6-12 ay

Hecaları birləşdirməyə çalışır. Ətrafda eşitdiyi səsləri təqlid edir. Əsasən “ata” və “ana” kimi birhecalı sözləri tələffüz edir.

 

12-18 ay

Artıq sadə və ikisözlü cümlələr qura bilir. Məsələn, “Ana gəl!” kimi… Uşağın bu dövrdəki söz xəzinəsi təqribən 5-25 söz arasındadır.

 

18-24 ay

Artıq ikisözlü cümlələrin sayı artır. İndi onun söz xəzinəsi 50-yə yaxındır. Üstəlik, dediyi sözləri başa düşmək də çətin deyil.

 

24-36 ay

Tərkibindä ikidən çox söz olan cümlələr qurmağa başlayır. Sözlərdəki hecaların sayı artır. Söz xəzinəsi 1000-ə yaxındır.

 

3-5 yaş

“Mən”li cümlələr qurmağa başlayır. 5 və daha çox sözlü cümlələr qura bilir. 5 yaşa doğru söz ehtiyatı təqribən 2000-ə çatır…

Ancaq bir şeyi də unutmayın ki, dilin inkişaf sürəti uşaqdan-uşağa dəyişə bilər. Yuxarıda göstərilənlər əsasən uşaqlarda dilin inkişafının ümumi mərhələlərini ifadə edir. Əgər yuxarıdakı siyahı ilə uşağınız arasında kiçik fərqlər varsa, bu heç də qorxulu deyil. Yox, əgər fərqlər gözlə görüləcək qədər böyükdürsə, bir mütəxəssislə məsləhətləşməyə ehtiyac var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir