Konul Bagirova

Uşaqlarda tualet təlimi: Valideynlər üçün bələdçi

Baxış sayı: 770

Bu gün dövrümüzün ən aktual mövzularından biri olan özünə qulluq bacarıqlarının ən vacib hissəsi – uşaqlarda tualet təlimi mövzusundan bəhs etmək istəyirəm.

Bəhs edəcəyim mövzu hazırda valideyn olanlar və gələcəkdə valideyn olmağa hazırlaşan gənclər üçün məlumat xarakteri daşıyacaq və aşağıdakı suallara cavab tapacaqsınız:

  Tualet təlimi nə üçündür?

  Hansı yaş aralığında başlanılmalıdır?

  Valideynlər bu dövrdə hansı davranışları sərgiləməlidirlər?

 

İlk öncə onu qeyd etmək istəyirəm ki, uşaqlar tualet təliminə cəlb edilərkən fizioloji və psixoloji cəhətdən bu təlimə hazır olmalıdırlar.

Tualet təliminin məqsədi, uşağın həm oyaq, həm də yuxu vəziyyətində sidik və nəcis ifrazını nəzarətdə saxlaya bilməsidir. Tualet təliminin başlanğıc dövrü 1–3 yaş arası hesab olunur. Bu dövr, uşağın özünü tanımağa başladığı, zehni inkişafının artdığı, deyilən və istənilən fikirləri daha yaxşı anladığı mərhələdir.

Körpələrin mərkəzi sinir sistemi tam formalaşmadığından, sidik və nəcis ifrazına nəzarət edə bilmirlər. 18 aya qədər ifrazat sisteminə aid sfinkterlərin (bədəndəki müxtəlif orqanların və ya boşluqların giriş və çıxışını tənzimləyən dairəvi əzələlər) işinə yalnız onurğa beyni nəzarət edir. 18 aydan etibarən isə həm onurğa beyni, həm də baş beyin bu prosesə nəzarət etməyə başlayır.

Buna görə də, uşaqların tualet təliminə başlamaqda tələsməmək, uyğun yaş aralığını gözləmək vacibdir. Əlbəttə, bu dövr hər bir uşaq üçün fərqli ola bilər.

Uşaqların fərqli xüsusiyyətlərə malik olduğunu unutmamalıyıq. Əgər uşağın fiziki və ya zehni (əqli) qüsuru varsa, fərqli metodlardan istifadə olunmalı və bir müddət reabilitasiya görməsi tövsiyə olunur.

 

Tualet təliminə başlamaq üçün vacib göstəricilər və şərtlər:

Uşaq süddən kəsilmiş olmalıdır.

2 yaş 6 aylıq və ya 3 yaşında olmalıdır.

Gün ərzində və gecə yatarkən altını bir neçə saat quru saxlaya bilməlidir.

Sidik yolları və bədən əzələləri inkişaf etmiş olmalıdır.

Uşaq böyük və kiçik bayıra getmək istədiyini sözlə və ya mimik hərəkətlərlə ifadə edə bilməlidir.

Kimsəsiz yeriyə bilməli, oturub-dura bilməli və qismən geyinib-soyuna bilməlidir.

Əgər uşağınızda bu göstəricilər yoxdursa, təlimə başlamaq səhv addım olar.

Yayğın səhvlərdən biri də – uşaq bu təlimə hazır olmadan onu qorxutmaq və təhdid etməkdir.

Məsələn:

“Əgər alt paltarına etsən, səni gəzməyə aparmayacağam.”

Bu kimi ifadələr əvəzinə belə dəstəkləyici cümlələr istifadə olunmalıdır:

“Əgər tualetdə köməyə ehtiyacın olsa, məni çağıra bilərsən.”

 

Uşağınız yuxarıda sadalanan göstəricilərə cavab versə də, hələ də bez (pampers) istifadə edirsə, bu zaman patalogiya ehtimalı araşdırılmalıdır. Məsələn:

Enurez – Sidik qaçırma

Enkoprez Nəcis qaçırma

və digər sinir sistemi ilə bağlı problemlər.

 

Bəzi uşaqlar 4–5 yaşına qədər həm gündüz, həm də gecə yerini islatmağa davam edə bilərlər. Belə hallarda valideynlər səbirli olmalı, uşağı danlamamalı və cəzalandırmamalıdır. Əks halda, uşaqlarda psixoloji pozuntuların yaranması qaçılmaz ola bilər.

Bəzən uşaqlar pedaqoji baxımsızlıq səbəbindən də tualet təlimini vaxtında tamamlaya bilmirlər. Uşağa qarşı laqeydlik, diqqətsizlik və s. hallarda təlimin nəticəsi uğursuz olur.

Bu cür hallarda valideynlər çətinlik çəkirsə, peşəkar mütəxəssislərdən kömək istəyə bilərlər.

 

Əziz valideynlər!

Gəlin diqqətli olaq – kiçik bir əlamət gələcəkdə böyük problemlərin xəbərçisi ola bilər.

Unutmayaq: Sağlam uşaqlar – uğurlu gələcəyin təminatçısıdır.

 

Könül Bağırova

Klinik refleksoterapevt, reabilitoloq




10 şərh “Uşaqlarda tualet təlimi: Valideynlər üçün bələdçi

  1. Sevda Məhərrəmova

    Mənim balam hələ də bezdən istifadə edir, amma artıq 2 yaş yarımdı. Hər uşağın tualet təliminə başlama vaxtı fərqli olsa da, necə anlaya bilərəm ki, uşağım artıq təlimə başlamağa hazırdır? Bir valideyn olaraq buna necə daha yaxşı yanaşım?

    Cavabla
  2. Mədinə

    Çox yaxşı yazıdı, elə bizim vəziyyəti də izah edir. Qızım 3 yaşına yaxınlaşır, amma hələ də bezdən istifadə edir. Səhv etməmək üçün nə zaman başlamaq lazım olduğunu bilmək istəyirdim. Bəzi vaxtlar qorxudur, amma yazını oxuyandan sonra daha yaxşı yanaşma tətbiq etməyə çalışacağam.

    Cavabla
  3. Vusala Rustamova

    Mənim oğlum 2 yaşında və hələ də bezdən istifadə edir, amma yavaş-yavaş başladıq bu təlimə. İndi daha çox “tualetə getmək istəyirəm” deməyə başlayıb. Hələ tam hazır deyil, amma irəliləyiş var. Təşəkkür edirəm, çox faydalı oldu

    Cavabla
  4. Aynur Dadaşlı

    Bu yazı mənə çox maraqlı gəldi. Bəzən uşağımıza tualet təlimini keçirməkdə çətinlik çəkirik, amma belə şeylər barədə daha çox məlumat toplamağa başladım. Əsasən qorxutmaqdan çəkinmək lazım olduğunu başa düşdüm. Bəzi səhvlər barədə xəbərdar oldum, təşəkkür edirəm.

    Cavabla
  5. Sibel Nəsibova

    Qızım hələ də bez istifadə edir, amma artıq 3 yaşına yaxınlaşır. Yazını oxuyanda başa düşdüm ki, hər uşağın təlimə başlama vaxtı fərqlidi. Əgər uşaq hazır deyilsə, onda tələsik qərarlar verməmək lazımdı. Gələcəkdə daha diqqətli olmağa çalışacam. Çox sağ olun!

    Cavabla
  6. Pakizə Nəbiyeva

    Mənim qızım 3 yaşında və hələ də bez istifadə edir. Bu yazıda qeyd edilən yaş aralığına diqqət yetirməyi planlaşdırıram. Həmçinin, uşağımın psixoloji inkişafı haqqında da daha çox öyrəndim. Hələ də tam hazır deyil, amma üzərində işləyirik.

    Cavabla
  7. Mirvari Tağlyeva

    Bəzi məqamlar mənim də uşağımda olur. Hələ də bezdən istifadə edir, amma yazıda dedikləriniz məni düşündürdü. Qorxutmaq heç də düzgün deyil, səbirli olmaq lazım. Düzgün vaxtda bu təlimi başlamaq daha yaxşıdı. Təşəkkürlər!

    Cavabla
  8. Afət Məmmədova

    Bizim uşağımız hələ də bez istifadə edir, amma artıq cəhd edirik. Mənim üçün ən önəmlisi uşağın psixoloji tərəfi idi, çox doğru yazılıb ki, uşaq qorxutmaq olmaz. Mənə görə, müsbət yanaşmaq daha yaxşıdır.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir