oturmaq

Uzun müddət oturmaq kimlər üçün təhlükəlidir?

Baxış sayı: 473

Kəskin koronar sindromdan əziyyət çəkən insanlar oturaq həyat tərzi keçirsələr, onu təkrar yaşamaq ehtimalı dəfələrlə artır.

Bu qənaətə Kolumbiya Universitetindən Donald Edmondsonun rəhbərlik etdiyi bir qrup alim gəlib.

Kəskin koronar sindrom, ürəyin işemik xəstəliyi, miokard infarktı və qeyri-sabit anginanın inkişafı zamanı baş verən bədənin reaksiyasıdır.

Tədqiqatçılar müəyyən ediblər ki, gün ərzində orta hesabla 15,6 saat oturan xəstələrdə 11,7 saat oturanlara nisbətdə bu halın təkrarlanma riski 2,58 dəfə yüksək olur.

Qeyd edək ki, “Circulation: Cardiovascular Quality and Outcomes” jurnalında aparılan araşdırmanın müəllifləri belə qənaətə gəliblər ki, oturaq istirahətlə müqayisədə orta fiziki fəaliyyət, həm də yuxu daha faydalıdır. Onlara gündə yarım saat idman etməyi və kifayət qədər yatmağı məsləhət görürlər.

 

Adəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir