sortik

Uzun şortlar nə ilə geyinilməli?

Baxış sayı: 474

2025-ci ilin yay mövsümündə uzun şortlar yenidən trenddədir – rahat, zövqlü və universal. Bu geyim istidə sizi sərin saxlayır, həm gündəlik, həm də ofis tərzində asanlıqla istifadə oluna bilər.

Beləliklə, bu tövsiyələri sizə təqdim edirik:

 

1) T-shirt ilə

Ən populyar kombinlərdən biri – sadə T-shirt ilə uyğunlaşdırmaqdır. T-shirt sədəcə birrəngli və ya parlaq printli ola bilər.

Belə görünüş həm rahat, həm də trendi göstərir. Əgər onu idman ayaqqabısı, sandali və ya panama şapkası ilə tamamlasanız, daha da müasir görünər.

Sadə T-shirt – minimalizm və təmizlik

Printli T-shirt – fərdilik və oyunçuluq qatır

Длинные шорты - спасение в жару: с чем их носить летом 2025

2) Mayka və palantin ilə

Uzun şortlar ilə ofis üçün də şıq görünüş yaratmaq olar:

Qara bermuda şort

Ağ mayka

Üzərinə nazik, şəffaf palantin

Qara, aşağı dabanlı ayaqqabı və qəhvəyi süet çanta ilə tamamlayın. Bu kombinasiya zərif, rahat və qeyri-rəsmi təəssürat yaradır.

Длинные шорты - спасение в жару: с чем их носить летом 2025

3) Hündür corab və loafer ilə

Uzun şortları hündür corab və loafer ayaqqabılarla geyinmək – cəsarətli və dəbdə olan bir yanaşmadır. Bu stil Tokio, Kopenhagen və Milan streetstyle trendlərindən ilhamlanıb.

Şortlar – yüngüllük

Corablar – vizual vurğu

Loaferlər – zəriflik

Bu kombin, şəhərdə gəzinti və ya kreativ mühitdə görüşlər üçün əladır.

Длинные шорты - спасение в жару: с чем их носить летом 2025

4) Mayka və kardiqan ilə

Yayın isti havası üçün ideal seçim:

Baza mayka və yüngül kardiqan

Gündüz sadəcə mayka, axşam sərin olanda üzərinə kardiqan. Şortun uzunluğu görünüşə müasir və nizamlı bir forma verir. Oversize və ya qısa kardiqan seçimi isə sizin stilinizdən asılıdır.

Длинные шорты - спасение в жару: с чем их носить летом 2025

5) Parlaq ayaqqabı ilə

Əgər görünüş çox sadə gəlirsə, onu rəngli və iddialı ayaqqabılarla canlandırın:

Qırmızı baletka

Neon rəngli sandali

Metal effektli mülü

Rəngli idman ayaqqabısı

Uzun şortlar neytral baza rolu oynayır, ayaqqabı isə əsas vurğudur. Sadə görünüşə fərdilik qatmaq üçün əla üsuldur.

Длинные шорты - спасение в жару: с чем их носить летом 2025




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir