Müasir psixologiyada uşağın emosional və sosial inkişafında bağlanma nəzəriyyəsinin rolu danılmazdır. Bağlanma dedikdə, adətən ilk ağla gələn sevgi, diqqət və fiziki yaxınlıq olsa da, bu anlayışın daha dərin və funksional tərəfləri mövcuddur. Məşhur psixoloji yanaşmalardan biri bildirir: “Güvənli bağlanma sevgi demək deyil, uşaqla valideynin sinxronluğu deməkdir”. Bu fikir valideyn-uşaq münasibətlərindəki əsas psixoloji ehtiyaca işarə edir – qarşılıqlı anlayış və emosional uyğunluq.
Güvənli bağlanma nədir?
John Bowlby və Mary Ainsworth kimi psixoloqlar tərəfindən inkişaf etdirilən bağlanma nəzəriyyəsinə görə, uşağın ilkin illərdə əsas qayğı göstərən şəxsə qarşı hiss etdiyi təhlükəsizlik hissi onun gələcək münasibətlərində əsas model rolunu oynayır. Güvənli bağlanma formalaşdıqda, uşaq özü və dünya haqqında müsbət və stabil düşüncələrə sahib olur.
Sevgi kifayət edirmi?
Valideynin uşağa duyduğu sevgi təbii olaraq çox önəmlidir. Lakin təkcə sevgini ifadə etmək, məsələn, uşağı qucaqlamaq, “Səni sevirəm” demək və ya hədiyyələr almaq güvənli bağlanmanı formalaşdırmaq üçün yetərli deyil. Uşağın ehtiyac duyduğu əsas şey – emosional sinxronluqdur.
Emosional sinxronluq nə deməkdir?
Emosional sinxronluq, valideynin uşağın emosional vəziyyətini anlamaq və ona uyğun cavab vermə bacarığıdır. Məsələn, uşaq narahat olduqda, qorxduqda və ya sevinclə reaksiya verdikdə, valideyn bu vəziyyəti diqqətlə müşahidə edib, uşağın duyğularına adekvat reaksiya göstərirsə, aralarında emosional uyğunluq yaranır. Bu sinxronluq uşağa “Mən başa düşülürəm, qəbul olunuram və təhlükəsizlikdəyəm” mesajını verir.
Nə üçün sinxronluq vacibdir?
Uşağın emosional inkişafı onun başa düşüldüyünü və duyğularının ciddiyə alındığını hiss etməsi ilə birbaşa bağlıdır. Əgər valideyn uşaqla sinxron şəkildə əlaqə qura bilirsə:
– Uşaq özünü güvənli hiss edir.
– Duyğularını ifadə etməkdən çəkinmir.
– Əlaqə və münasibətlərində stabil olur.
– Özünə və başqalarına inam formalaşdırır.
Əks halda isə uşaq başa düşülmədiyini, duyğularının qeyri-mühüm olduğunu düşünə və bağlanma problemləri ilə üzləşə bilər.
Valideynlik təkcə uşağı sevmək deyil, onunla duyğusal əlaqə qurmaq və onu hiss edə bilmək bacarığıdır. Güvənli bağlanma yalnız emosional sinxronluq sayəsində mümkün olur. Buna görə də valideynlər övladları ilə daha çox emosional ünsiyyətdə olmalı, onları müşahidə etməli və hər bir duyğunu empati ilə qarşılamalıdır. Məhz bu zaman uşaq sağlam, balanslı və özünə güvənən bir şəxsiyyət kimi formalaşa bilər.
Psixoloq Aysu Əliyeva
Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram heaabından və yaxud 077 510 16 98 nömrəsi ilə əlaqə saxlayaraq müraciət edə bilərsiniz.
Mən də ana olaraq hiss edirəm ki, uşağın sadəcə yeməyi, geyimi ilə deyil, duyğuları ilə də maraqlanmaq lazımdır. Bəzən sadəcə dinləmək belə onlar üçün böyük güvəndir. Təşəkkür edirəm bu yazıya görə.
Cox gozel yazidi, ureyimden kecenleri yazmisan. Men de oglumla danisanda fikir verirəm, amma bəzən onun narahatligini düzgün basa dusmurəm. Bu yazini oxuyandan sonra daha diqqetli olacam.
Dogurdan da, sevgini gostermek basqa, uusaqin hislerini duymaq basqa seydi. Bu yazidan sonra dusunurem ki, men hele tam guvenli baglanma qurmamisam oglumla. Tesekkurler, Aysu xanim.
Valideyn olmaq hər gün öyrənmək deməkdir. Bu yazı mənə uşağımla ünsiyyətimə bir daha diqqət yetirməyin vacibliyini göstərdi. Çox sağ olun belə məlumatları paylaşdığınız üçün.
Oxuduqca öz uşaqlığım yadıma düşdü. Bəzən valideynlər hər şeyin yaxşı olduğunu düşünsə də, uşağın içinə baxmağı unudurlar. Belə yazılar çox vacibdir, Aysu xanım, davamını gözləyirik.
Mene maraqlidi, Aysu xanim, eger ana uusaqliginda ozu guvensiz baglanma yasayibsa, bunu oz uusaqina kecirtmemek ucun ne etmelidi? Bele sey mumkundurmu? Yaziniz cox duz ve yerindedi.
Bu yazı məni çox düşündürdü. İki övladım var və indi geri dönüb düşünürəm ki, onların duyğularını nə qədər başa düşə bilmişəm? Bu mövzuda özüm üzərində işləməyə qərar verdim. Minnətdaram!
Yazını oxuyanda başa düşdüm ki, biz valideynlər bəzən sevgini çox səthi formada göstəririk. Halbuki uşağın duyğularını başa düşmək və ona adekvat cavab vermək daha vacibdir. Bu yazı çox gözlər açır. Təşəkkürlər
Mən bu yazını həyat yoldaşımla birlikdə oxudum. Düşünürəm ki, bu tip yazılar ailə içində də dialoqu artırır. Hamımız üçün çox faydalıdır. Davamını gözləyirik, Aysu xanım.
Dürüst desəm, əvvəllər bu qədər detallı yanaşmamışdım uşaqlarla münasibətə. Sevgi kifayət etmir fikri əvvəlcə qəribə gəldi, amma izahınızı oxuyandan sonra tam razı qaldım. Sağ olun bu aydınlıq üçün.
Bu yazida her cumle real heyatdan goturulub kimi gelir adama. Ne qeder sevsek de, o hissi uusaqa kecirmek ucun nece davranmaq lazimdi, onu men de cox vaxt unuduram. Allah razi olsun.
Mən bu yazını bir neçə dəfə oxudum. Hər valideynin mütləq bilməli olduğu məqamlar var burada. Emosional sinxronluq nə qədər vacibmiş! Oxuduğum ən faydalı yazılardan biri oldu.
“Başa düşülmək” hissi uşağın gələcək münasibətlərinə necə təsir edir, bu barədə daha ətraflı yazmağınızı istərdim. Çox maraqlı mövzuya toxunmusunuz və daha dərindən öyrənmək istəyirəm. Növbəti yazınızı səbirsizliklə gözləyirəm!
Əla mövzudur, çox dolğun izah olunub. Bəs Aysu xanım, uşağın artıq bağlanma problemi varsa, valideyn bunu necə düzəldə bilər? Yəni gecikmiş olsa da, nə etmək olar?
Əslində bu yazını təkcə valideynlər yox, müəllimlər də oxumalıdır. Uşaqlar günün böyük hissəsini məktəbdə keçirirlər və onların emosional ehtiyaclarını orda da anlayan biri olmalıdır. Çox dəyərli yanaşmadır.
Indi anladim niye qizim bazi vaxtlar mene qapanir, danismaq istemir. Men hep onu qorusmaga calisiram ama onun hislerini duzgun oxumamagi da ola biler sebeb. Bu yazini bacilarima da atacam.