ULVIYYE EFENDIYEVA

Valideyn-uşaq-müəllim münasibətləri necə tənzimlənməlidir?

Baxış sayı: 593

Məktəb təlim tərbiyə oçağıdır. Məktəbdə əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir.

Körpə dünyaya gələn gündən valideynlərin məsuliyyəti daha da artır. Valideynlər uşaqla daha çox zaman keçirməli, qayğısına qalmalı, maddi mənəvi tələbatlarını ödəməlidir. Uşaq böyüdükcə öyrənmək daha ön planda durur. İlk yaşlarından hər şeyi uşaq evdə öyrənir, müəyyən müddətdən sonra bağça, məktəbə gedir. Amma bu valideynin məsuliyyətini azaltmır. Valideyn daim müəllimlərilə fikir mübadiləsində olmalı, övladına hər məsələdə dəstək olmalıdır. Müəllim-valideyn-uşaq arasında gözəl bağların olması bu işin nəticələrini daha ürəkaçan edir. Övladını məktəbə yola salıb, bütün məsuliyyətin məktəb və müəllimlərin daşımalı olduğunu düşünürlər. Yaxşı olar ki, valideynlər öz övladlarının potensialını, sağlıq və psixoloji vəziyyətlərini bilsinlər. Hər hansı bir problemlə qarşılaşanda bunu məktəblə birlikdə həll etsinlər, övladlarına daim dəstək olsunlar. Qarşılıqlı fikir mübadiləsi, müzakirə və məsləhətlə bütün problemlər həll oluna bilər.

İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Azad və sağlam düşüncə, mehribançılıq və səmimiyyət, kollektivdə sosiallaşmaq , daim axtarışda olmaq meyli, yenilikləri axtarmaq marağı bir sözlə, bütöv şəxsiyyət kimi formalaşmaq  məhz məktəbdən, tədris sistemindən asılıdır.

mekteb

 

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdlərinə həsr edir. Müəllim müasir dövrdə yalnız öyrətmir,  həm də yetişdirir, tərbiyə edir, formalaşdırır və hər bir gənci xalqa, cəmiyyətə təqdim edir. O, şagirdlərin zehni fəallığını təmini, müstəqil işləmələrin qayğısına qalır, yetirmələrini düşündürücü suallar üzərində çalışdırır, keçilən mövzunu müasir həyatla əlaqələndirir, hər bir dərsin həm də tərbiyəvi xarakter daşımasına, uşaqların mənəvi aləminin zənginləşməsinə ciddi diqqət yetirir.

Məktəb xalqın mənəvi beşiyidir. Məktəbdə yalnız oxuyub-yazmağı, hesablamağı və bütün elmlərin sirrlərini öyrənmirik. Məktəb bizə necə yaşamağı öyrədir. Müəllimlərimizi valideynlərimiz qədər sevməli, məktəbimizi evimiz qədər doğma bilməliyik. Təbii ki, müəllimlər də şagirdlərini öz övladları kimi qəbul etməlidir. Yalnış əməllərini doğru şəkildə həll etməyin yollarını izah etməlidir.

Yeni tədris ilində müəllimlərə, valideynlərə, şagird və tələbələrə uğurlar, səbr arzulayıram.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir