varikoz

Varikozu azaldan 4 təbii üsul

Baxış sayı: 1. 434

Varikoz xüsusilə xanımlarda müxtəlif səbəblərdən dolayı yaranır. Sözsüz ki, varikoz xəstəliyi gündəlik həyatda insana ciddi zərərlər verə bilir. Müasir tibbdə xəstəliyin müalicəsi üçün bir çox üsullar təklif edilir. Eyni zamanda yaranmasının qarşısını alan və varikozu azaldan təbii üsullar da mövcuddur.

“Gencaile.az” varikoz xəstəliyinə müalicəvi və effektiv təsir göstərən təbii üsulları təqdim edir:

 

Zəncəfilli qarışıq

E vitaminini və 1 çay qaşığı zəncəfili qarışdırın. Əldə edilən cövhəri damarların olduğu nahiyələrə sürtün. Bu, varikozu tamamilə yox etməsə də, müəyyən dərəcədə azaldacaq.

 

Çobanpüskülü

Varikozlu damarlardakı şişkinliyi və tıxanmanı aradan qaldırır. Gündə ən az 100 mq sərf etmək lazımdır.

 

Çiy soğan

Gündə bir ədəd çiy soğan dərini sürətlə yeniləyir. Bu da cildinizdə olan varikoz və damarlı görüntünü minimuma endirir.

 

Beş diş sarımsaq

Sarımsağı əzin və çiy halda yeyin. Sarımsaq antioksidant xüsusiyyətindən dolayı vücuddakı zülalları ataraq, damarların xoşagəlməz görüntüsünü azaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir