14997569162333629109_1000x669

“Xüsusi təyinatlı İbad 2” filmi çəkilir

Baxış sayı: 1. 618

“Xüsusi təyinatlı İbad 2” filminin çəkilişləri davam edir.

Ekran əsərinin bu ilin payızında təqdim edilməsi, respublikanın bütün kinoteatrlarında, habelə xarici ölkələrdə nümayişi nəzərdə tutulur. Filmdə ermənilərin Kür sahilində törətmək istədikləri növbəti terror aktının qarşısının İbad Hüseynov və dəstəsi tərəfindən rəşadətlə alınmasından bəhs edilir. Ekran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, quruluşçu operatoru Fahir Səmədoğludur. Döyüş səhnələri ilə zəngin filmdə İbad rolunu Elçin Məmmədli canlandırır. Filmdə, həmçinin Xalq Artisti Nurəddin Mehdixanlı, Əməkdar Artist Xalidə Quliyeva, Rəşad Səfərov və başqaları çəkilirlər.

Qeyd edək ki, təqdimatı ötən ilin sonlarında keçirilən “Xüsusi Təyinatlı İbad” bədii filmi artıq Goa Beynəlxalq Film Festivalının seçim komitəsinə təqdim edilib.

19866821_722001108007541_1726651762_o14997569161924759042_1000x66914997569162285451063_1000x669




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir