yemek

Yağlı və şəkərli qidalar beyninizə necə təsir edir?

Baxış sayı: 1. 359

Marketə girdikdə ətrafımızın müxtəlif rəng və çeşiddə şirniyyatlar, şokolad, cipslər və yağlı çərəzlərlə dolu olduğunu görürük. Bu qidalanma tərzinə yox deməsək, kökəlməni sürətləndirmiş oluruq. Amma bundan da pisi beynimizə ziyan vurmaqdır. Çox yağlı qidalar öyrənmə və yaddaşı yavaşladır.

Yüksək kilokalorili və yağlı qidalar öyrənmək, istiqamət tapmaq və yaddaşda vacib rolu olan beyindəki hipokampus bölməsində olan neyron və beyin hüceyrələrinin əlaqələrinə çox böyük ziyanlar vurur. Yediyimiz hər yüksək kilokalorili və yağlı porsiya bizim addım-addım köklüyə yaxınlaşmağımız ilə yanaşı, beynimizə də pis təsir edir. Təkcə böyüklər deyil, uşaqlar da risk altındadır. Kök insanlar normal çəkili insanlarla müqayisədə daha çox ürək xəstəliyi, infarkt, diabet və xərçəng riski daşıyır. Əgər yağlı və yüksək kilokalorili qidalanmadan əl çəkib, az yağlı qidalarla qidalanmağa qərar versəniz, onların beyniniz üzərindəki mənfi təsirlər iki ayda yox olur.

Aparılmış tədqiqatlarda 2 qrup insanın az yağlı və fast food kimi çox yağlı qidalarla 12 həftə ərzində qidalanması nəticəsində beyin funksiyalarında fərqliliklər aşkarlanmışdır. Çox yağlı qidalanan insanlarda kökəlməkdən əlavə bədəndə toplanmış çox yağ səbəbindən mərkəzi sinir sistemində immuniteti qoruyan hüceyrələrdə xroniki iltihablanma meydana çıxmışdır. Bədəndəki zərərli cisimlərlə mübarizə aparan mərkəzi sinir sistemindəki bu bölmələr çox yağ toplama səbəbindən öz vəzifələrini yerinə yetirə bilməyəcək hala gəliblər. Bu da öyrənmə qabiliyyətindən tutmuş, yaddaşa qədər bir çox qabiliyyətimizin yavaşlayacağı mənasına gəlir.

Araşdırma davam etdiyi müddətdə bəzi insanlara iki ay boyu az yağlı qidalar verilib. Onların çəkiləri çox da sürətlə dəyişməsə də, beyin funksiyalarının normallaşdığı müşahidə olunmuşdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir