yemek

Yeməkləri necə mükəmməl süfrəyə verməli?

Baxış sayı: 733

Yeməklərin süfrəyə verilməsi ardıcıllığına, bu qaydalar aiddir: iştahaçanlar, suplar, balıq, ət, pendir və desertlər. Əlbəttə ki, yeməklərin sayı məcburi deyil, bu nə qədər yemək bişirdiyimizdən asılıdır. Ən yaxşısı 4 və ya 5 yemək verməkdir, qısa qonaqlıqlar zamanı isə bunu 3-ə endirmək lazımdır.

Evdə qonaqlıq vererək, bir neçə qaydanı nəzə almalıyıq. İştahaçanlar qonaqlar gəlməmişdən qabaq süfrədə olmalıdır. Bundan əlavə, ev sahibəsi sup və ət yeməklərini süfrəyə verir, ev sahibi isə sous və salatlardan məsul olur.

Qonaqlara yeməklərin verilmə qaydası bizim haqqımızda çox şey deyir. Süfrəyə yemək verərkən ilk olaraq, yaşlılardan (qadınlar öncə) başlamalı və sonda özümüzə qoymalıyıq. Yeməklər süfrəyə birbaşa sizin əlinizdən qoyulmamalıdır. Bütün yeməklər süfrəyə stolun sağ tərəfindən verilməlidir. Eyni qayda ilə biz şərab və ya su stəkanlarını doldururuq. İçkilərin seçilməsi və süfrəyə verilməsi ev sahibinin işidir. İlk olaraq qadın qonaqların badələri doldurulmalı, daha sonra kişilərin badələrinə süzülməlidir.

Yeməkləri necə mükəmməl süfrəyə verməli

Restoranlarda və rəsmi yeməklərdə hansı qaydalara əməl edildiyinə fikir verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir