bina

Yeni tikililərin çıxarış problemi

Baxış sayı: 483

Ölkədə yarım milyona qədər çıxarışsız həyət evi var. Çıxarışsız evlərlə bağlı mütəmadi olaraq fikirlər səslənsə də, hələki bu problem öz həllini tapa bilmir. Hətta yeni tikilən binalara belə çıxaırşın verilməsi illərlə yubandırılır. Bunun iqtisadi zərərləri ilə yanaşı vətəndaşlara da ziyanı var.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, iqtisadi baxımdan zərərlərindən danışsaq, çox əhəmiyyətli məbləğlərdən söhbət getdiyini görmüş olarıq. Çünki bu fərdi evlərə çıxarış verilsə həmin evlər avtomatik bələdiyyə vergilərinə-əmlak və torpaq vergisinə cəlb olunur. Buradan büdcəyə külli miqdara vəsait daxil ola bilər. Çıxarış olmadığına görə, dövlət bu vəsaitdən yararlana, bələdiyyə isə büdcə formalaşdıra bilmir.

elnur ferzeliyev

Digər tərəfdən həmin evlərə çıxarış veriləcəyi təqdirdə evləri sığortalamaq mümkün olur. Bu evlərin çıxarışı olmadığına görə, onlar ipoteka predmetinə çevrilə bilmirlər. Bu səbəbdən də çıxarışsız həyət evlərinin qiyməti çox ucuzdur. Hər kəs istər ki, ipoetka ilə elə evlərə sahib ola bilsin. Amma çıxarış olmadığına görə, banklar bu evləri girova götürmür, ipoteka ayırmır. Və yaxud ev sahibləri hər-hansı bir biznes fəaliyyətilə və yaxud başqa bir təyinatla bağlı bankda kredit çəkmək istəsə belə, bank həmin evləri mülkiyyət hüququ olmadığına görə girov götürmür.

Əmlak eksperti qeyd edir ki, çıxarışsız mənzillərin yaratdığı çox sayda problemlər var. “Çıxarışı olmayan mənzilin sahibi dünyasını dəyişəndə övladlar arasında əmlak bölgüsünə gələn zaman əmlakın hüquqi sənədi olmadığına görə bu evlər vərəsəlik predmetinə çevilə bilmir. Eyni zamanda boşanma hallarında da əmlak bölgüsündə ciddi problemlər yaranır. Çünki rəsmi-hüquqi sənədləri yoxdur. Bu səbəbdən də vətəndaş öz mülkiyyət hüququnu qoruya bilmir. Bu məsələnin həlli isə heç də düşünüldüyümüz qədər çətin deyil. Müxtəlif illərdə və tribunalarda bu problemlər səsləndirilsə də, hələki problem 50 ildən çoxdur həll olunmamış qalır”.

Belə ki, sovet dövründən qalma yaşayış massivləri, Yasamal, Alatava, Papanin, Sovetski, Kubinka kimi adlanan ərazilərdə yerləşən evlərin böyük bir hissəsinin çıxarışı yoxdur. E. Fərzəliyevin sözlərinə görə, bu ərazilər 100 ildən çoxdur ki, yaşayış məskəni kimi salınsa da, həmin ərazilər yaşayış təyinatlı torpaqlar olsa belə onlara çıxarış verilmir. Ekspert bildirir ki, çıxarış verilməyən fərdi evlərin tikintisinin çoxu 1990-cı illərə təsadüf edir. Belə ki, müharibə başlaayndan sonra Bakıya böyük axın oldu. Son 30 ildə sənədsiz həyət evlərinin sayı artdı.

“Tikinti işlərinin qadağan edildiyi ərazilərdə yenə də tikinti işləri aparılır. Həmin evlər kirayə verilir. Əslində kirayələr də notarial qaydada olmalıdır. Yenə də çıxarış olmadığı üçün notarial qaydada müqavilə bağlanıla bilmir. Burada yenə də uduzan tərəf dövlətdir”-deyən ekspert bildirib ki, bu problemin qarşısının alınması üçün konkret addımlar atılmalıdır. Bununla bağlı Komissiya təşkil edilməli, ölkə başçısı aministiya tətbiq etməlidir ki, bu problem birdəfəlik həllini tapsın. Çünki bəzi ərazilərdə torpaqalrın təyinatı fərqlidir. Yaşayış üçün nəzərədə tutulmayıb. Əkin sahələri və digər təyinatlı ərazilərdə tikilmiş evlərin sayı daha çoxdur. Torpağın təyinatı fərqli, özü yaşayış məntəqələri olmadığıma görə çıxarış verilmir. Həmin torpaqların təyinatı kütləvi şəkildə dəyişdirilməli və evlərə çıxarış verilməlidir.

Ekpsret vurğulayır ki, çıxarışı olmayan evlərə bələdiyyələr və digər dövlət qurumları tərəfindən sərəncamlar verilib. Bu sərəncamlar isə bölünərək müxtəlif şəkildə vətəndaşlara verilib. Onlarsa evi bir-birinə etibarnamə yolu ilə satırlar. Etibarnamə ilə satış isəmfərqli bir problem yaradır.

“Etibarnamə verən şəxs fikrindən daşına bilər və yaxud dünyasını dəyişən zaman etibarnamə öz hökmünü itirə bilər” -deyən E. Fərzəliyevin fikrincə, bu probelmlərin aradan qaldırılmasının yeganə çıxış yolu evlərin çıxarışla təmin edilməsidir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir