Nezrin-Hesimzade-735x400

Yeniyetmələri imtahan vaxtı stressə salan səbəblər

Baxış sayı: 499

İmtahan stresi imtahandan əvvəl və ya imtahan vaxtı bacarığın səmərəli idarə edilməsinə mənfi təsir göstərən narahatlıq halıdır. Imtahan vaxtı yeniyetmələr təkcə suallarla deyil, həm də neqativ hisslərlədə mübarizə aparırlar. Bu hal yeniyetmələrdə daha qabarıq şəkildə özünü göstərir. Həyacan,qorxu , təşviş – bütün bu hisslərin imtahan nəticələrinə təsiri az olmur.

 

Ümumiyyətlə yeniyetmələri imtahan vaxtı stressə salan səbəb nədir?

Yeniyetmələrin özünə qoyduğu sərhədlər.  “Mən 500 bal yığmalıyam, mən özümü təsdiq etməliyəm, sinif yoldaşımdan yuxarı bal toplamalıyam və.s” kimi düşüncələr – dolayısı ilə düşüncə xətaları, vacibiyyət ifadələri.

Bundan əlavə, yeniyetmənin imtahan stresini idarə etməsinə mane olan amillərdən digəri valideyinin həmçinin müəllimin yalnış yanaşması,basqısı ola bilər. Bu dövrdə valideyn övladının uğurunu deyil,onun özünü sevdiyini, hər uğurunda və uğursuzluğunda onun yanında olduğunu, övladının güvəndə olduğun ona hiss etdirməlidir.

İmtahan stressinin yeniyetmələrə təsiri müxtəlif cür ola bilər:

yuxularda təsiri – yuxuların qaçması,uşaqların gec saatlaradək dərs oxuması.

qidalanmada təsiri – qidaların ya çox, ya da az qəbul edilməsi, uşaqların rejimində köklü surətdə dəyişiklik,stressin yaratdığı aqressiya-ətrafdakılara qarşı aqressivləşmə,ümidsizliyə qapılma və s. aiddir.

Qarşımıza sual çıxır ki,yeniyetmələr bəs imtahan stressini necə idarə edə bilərlər? imtahan ərəfəsi həyəcanı,psixoloji gərginliyi necə dəf edə bilərlər?

Bu gərginliyin azalması üçün ilk öncə uşağın ailəsində daha sonra məktəb mühitində psixoloji iqlimin yaradılması vacibdir. Ailədə psixoloji iqlimin yaradılmasında valideynlərin rolu böyükdür. Burada valideynlərin uşağı motivasiya etməsi, uşağa güvənməsi nəzərdə tutulur. Məktəbdəki psixoloji iqlim isə sinif rəhbəri və psixoloqların üzərinə düşən vəzifələrdən biridir ki, burada uşaqlar və müəllimlər arasında münasibətlərin düzgün qurulması nəzərdə tutulur.

– uşağa diqqətin daha da artırılması və onlara həssas yanaşılması

-valideynlərin uşaqların üzərinə çox getməməsi

-imtahan qabağı psixoloji dəstəyin, məsləhətin təşkil olunması

-uşaqların motivasiyasının təmin edilməsi

-uşaqlarda inam hissinin formalaşdırılması

-uşaqların özgüvəninin inkişafının artırılması

-uşaqlara güvənmək

– tez-tez uşaqlarla söhbətlər aparmaq, müəllimələri və psixoloqdan uşağın hazırkı durumu barədə məlumat almaq

Təəssüf  hissi ilə qeyd edə bilərik ki, uşaqlarda imtahan nəticəsini az yazdığına görə valideynlərin sərt tənqid və reaksiyalarına tuş gələcəyi fikiri olaraq, intihar edir.

Bu cür mənfi halların aradan qaldırılması valideynlərin, sinif rəhbərlərinin və psixoloqların üzərinə düşən vəzifələrdən biridir.

 

Nəzrin Həşimzadə

Yeniyetmə psixoloqu

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir