intihar

Yeniyetmələri intihara sürükləyən səbəblər – PSİXOLOQ RƏYİ

Baxış sayı: 575

Son vaxtlar intihar xəbərləri ilə rastlaşmağımız adi hal alıb. Səbəblər müxtəlif olsa da, insanların özünü öldürməsi bir çox hallarda ailədaxili münasibətlərin düzgün tənzimləməməsi və ya yaş psixologiyasından irəli gələrək diqqəti özünə çəkmək, diqqət mərkəzində olmaq kimi məsələlərdən qaynaqlanır.

Yeniyetmələrin intihar və ya intihar cəhdi etməyə sürükləyən səbəblər fərqlidir və bu mövzu həmişə aktual olub. Lakin son zamanlarda intihar sayların artması və özünə zərər verən davranışın geniş yayılma səbəbindən bu mövzu daha çox müzakirə olunur.

Psixoloq Aydan Hacıyeva yeniyetmələri intihara sürükləyən səbəblərindən və çıxış yollarından danışdı.

Son dönəmlər özünə zərər verən davranışın geniş yayılma səbəbindən bu mövzu daha çox müzakirə olunur. Ən əsas səbəblərdən biri ailə daxili münasibətlərdir. Seanslara gələn valideynlərin əksəriyyəti “mən övladımla danışa bilmirəm”, “mənimlə paylaşmır”, “mən onun üçün hər şey edirəm, o isə qədrimi bilmir” kimi cümlələrdən istifadə edirlər. Eyni zamanda gələn yeniyetmələr də danışmaq istəyir, istəyirlər ki, onları dinləsinlər, anlasınlar, qəbul etsinlər.

 

Bəs problem nədədir?

1) Övladınız istəyir ki, onu dinləsinlər. Əksər hallarda valideynlər birinci cümlədən sonra düzgün çıxış yolu göstərmək istəyir: “belə et…bu düz deyil, belə düz olacaq…səhv etmisən…” və yaxud öz həyatda olduqlarından danışır. Bu zaman isə ən vacibi sadəcə dinləmək, suallar vermək və anlamağa cəhd etməkdir.

2) Sevgi göstərməyin fərqli formaları var. Valideyn düşünür ki, bütün günü işləyir, uşaq istədiyini alır və bununla sevgisini göstərir. Uşaq isə görür ki valideyni evdə az olur, həmişə yorğun ya telefonda oturur. Bunu müzakirə edib, uşağın nə istədiyini soruşmaq tövsiyə olunur. Misal üçün hər gün 1 saat birlikdə çay içib günü müzakirə etmək; hər həftə sonu birlikdə maralı vaxt keçirtmək olar.

3) Növbəti səbəb yeniyetmənin diqqət cəlb etmək cəhdidir. Bu hallarda əsasən valideynlər bunu görür lakin görməzdən gəlir ya da aqressiv davranır. Yeniyetməyə pozitiv şəkildə diqqət ayırmaq, birlikdə maraqlı vaxt keçirtmək daha məqsədə uyğundur. Bu hallarda aqressiv davrananda biz daha da bu davranışı möhkəmləndirmiş oluruq.

4) Başqa bir səbəb kimi məktəbdə aqressiya (bulling) ilə rastlaşmaqdır. Burda ən vacib olan övladınızın acıq şəkildə sizinlə bu barədə danışmağa mühit yaratmaqdır. “Sən zəifsən, ona görə sənə gülürlər”, “fikir vermə, boş şeydir” kimi ifadələrdən istifadə edərkən uşaqda günah hissi yaradırıq və paylaşmağa imkan yaratmırıq.

5) Daha bir səbəb kimi emosiyaların çıxış yolunu tapmasında çətinlik çəkməsidir. Yeniyetmə dövründə emosiyalar daha kəskin olur, hadisələr daha faciəvi gəlir və bunu ifadə etmək yolunu, sakitləşmək yolunu uşaq hələ bilmir. Bu səbəbdən hirsi, kədəri, qorxunu ifadə etmək, qəbul etmək yolunu övladınıza göstərmək, emosiyalardan, qorxulardan danışmaq tövsiyə olunur.

Gənclərin intihara gətirib çıxarmasında həm ailə , həm də ətrafdakı adamlar böyük rol oynayır.

Burda ən önəmli məqam odur ki ailədaxili münasibətləri dəyişmək olar, ətrafı isə, təəssüf ki, dəyişmək mümkün deyil. Valideynlər əksər hallarda ətrafı kontrol etməyə, yeniyetmənin gördüyü/eşitdiyi informasiyanı azaltmağa cəhd edir. Amma bir uşaq ki evdən çıxır, məktəbə gedir, məktəbdə və yolda fərqli ailələrdən uşaqları və böyükləri görür heç vaxt bu izolyasiyada olmayacaq. Sadəcə buna qadağa qoyub daha da çox marağını oyatmış oluruq. Bu məqsədlə də hərdən valideynlər telefonu, kompüteri alırlar yeniyetmələrdən. Təəssüf ki, bu da yalan danışmağa yol açır və aqressiyanın artmasının səbəbi olur. Yeniyetmə özünü daha da çox izolyasiyada hiss edir və “heç kəs məni anlamır” düşüncəsində möhkəmlənir.

 

Nə edə bilərik bu halda?

Əsas qayda: nəyi sə azaltmaq istəyəndə əvəzinə mütləq nəsə təklif etməliyik. Misal üçün ətrafı qələm ilə yazan uşağa deyirik: “divarda çəkmək olmaz, vərəqdə nə qədər istəyirsən çəkə bilərsən”. Yəni biz qayda ilə yanaşı alternativ çıxış yolu təklif edirik.

Telefonda az oturması üçün və daha faydalı vaxt keçirtməsi üçün fərli məşğuliyyət təklif etmək tövsiyə olunur: rəssamlıq, rəqs və s.  İstədiyi və maraqlı dərnəyi olan yeniyetmələr daha az həyatın sıxdırıcı, maraqsız və mənasız olduğunu düşünürlər.  Əlavə olaraq, fəaliyyətlə məşğul olarkən daha asan dost tapa bilər və özünü tənha hiss etməyəcək.

Bu məsələdə valideynlər ən vacibi yeniyetmənin emosional vəziyyətinə fikir verməlidirlər. Əsasən qəmli ya qəzəbli olduğu hallarda, depressiya əlamətlərini müşahidə etdiyiniz halda və intihardan danışdığı halda psixoloqa müraciət etməyiniz tövsiyə olunur.

 

Havar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir