yemeye ne var

Yumurtanı bir də belə bişirin – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 345

Yumurta səhər yeməyi üçün tez hazırlanan sadə və sağlam yeməkdir. İstənilən halda yumurta insanı ən azı bir neçə saat enerji ilə təmin edən zülal və amin turşularıdır. Yumurtanı düzgün şəkildə bişirmək və sağlam qidalarla birlikdə istehlak etmək çox vacibdir. Beləliklə, “Yeməyə nə var?” rubrikasında məhz bundan bəhs edəcəyik.

 

Avokado ilə yumurta

Ləvazimatlar

yumurta;
çörək;
avokado;
duz və digər ədviyyatlar

Hazırlanma qaydası

1. Geniş, dərin bir qazanda suyu qaynadın, sonra istiliyi orta səviyyəyə endirin, duz əlavə edin və yumurtanı bir qaba sındırın, lakin qarışdırmayın.

2. Qazandakı suyu qarışdırın və çiy yumurtanı tökün.

3. 2 dəqiqə bişirin. Qaşıq ilə çıxarın və avokado ilə yayılmış qızardılmış çörək dilimi üzərinə qoyun.

Yumurtanı bir də belə bişirin - PEŞMAN OLMAYACAQSINIZ

Gül kələmi ilə yumurta

Ləvazimatlar

yumurta;
gül kələm – 1 baş;
bitki yağı – 5 çay qaşığı;
ədviyyatlar;
kərə yağı – 1 çay qaşığı;
1 diş sarımsaq;
ispanaq;
limon şirəsi.

Hazırlanma qaydası

1. Kələm əvvəlcə bitki yağı ilə yağlanmalı, ədviyyatlar və sarımsaqlar əlavə olunmalıdır.

2. Sonra kələm yarpaqlarını və yumnurtanı 200 dərəcədə 10 dəqiqə qaynatmaq və ispanaqlı boşqablara qoymaq olar.

3. Sonda üzərinə limon suyu iəlavə edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir