Yuxu apnesi

Yuxu apnesi nədir, necə sağalmaq olar? – “SAĞLAMLIQ BƏLƏDÇİSİ”

Baxış sayı: 718

“Gencaile.az” saytının “Sağlamlıq bələdçisi” rubrikasında bu gün oxucularımıza həkim-terapevt Tural Qəmbərovun yuxu apnesi və ondan sağalmaq yollarından bəhs edən yazısını təqdim edirik.

 

İnsanlar çox vaxt yuxuda xoruldamağı ciddi qəbul etməyib, bunu keçirdikləri günün ağır olması ilə əlaqələndirir, həkimə müraciət etmirlər. Hər gecə xoruladayır və yuxudan ayılandan sonra özünüzü yorğun hiss edirsinizsə, sizdə yuxu apnesi ola bilər.

Sağlamlığıza təhlükə yaradan yuxu apnesinin əlamətlərini xəstə özü hiss etmir. Onun yaxınları çox səsli xoruldamağını, tənəffüsünün bir nəçə saniyəlik dayanmasını, bunun təkralanmasını qeyd edə bilərlər. Yuxuda tənəffüsün 10 saniyədən artıq kəsilməsi, bunun 1 saat ərzində 5 dəfə təkrarlanması sizdə yuxu apnesinin olmasını göstərir.

Yuxu apnesi | HekimTap

Yuxu apnesinin əlamətləri

Hər gecə təkrarlanan bu hal insanın günlük həyatına təsir edir: səhər ayılanda halsızlıq, baş ağrıları, yuxululuq və s. əlamətlər müşahidə olunur. Adi halda insan yatarkən boğazdakı əzələlər hava axınına mane olmasın deyə, tənəffüs yollarını açıq saxlayır. Lakin çəkisi artıq olan və zərərli vərdişləri olan insanlarda dil və badamcıqların ölçüləri normadan artıq böyüyür. Həmin insan arxası üstə yatarkən böyümüş dil və badamcıqlar nəfəs borusunu tutduğu üçün xoruldayır. Ağır formalarda isə gecəyarı təngnəfəs, ölüm qorxusu hissi ilə yuxudan ayılır. Buna gorə möhkəm xoruldayan insanlar yatarkən vəziyyətlərini dəyişdikdə – sağ və ya sol böyrü üstə yatdıqda xoruldamlaları azalır. Çünki böyümüş dil və badamcıq nəfəs yollarından kənara çəkilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir