bogaz agrisi

Boğaz ağrısından qurtulmaq üçün 8 TƏBİİ ÜSUL

Baxış sayı: 1. 718

Havalar bir azca soyuyan kimi çoxumuz boğaz ağrısından şikayətlənirik. Əksəriyyətimiz də dərmandan istifadə etmədən bu problemdən qurtulmaq istəyirik. Əlbəttə ki, antibiotik istifadə olunmadığı müddətdə bitki mənşəli müalicələrdən yararlanmaq lazımdır. Evdə təbii üsullardan faydalanaraq boğaz ağrısının yaratdığı narahatlığı aradan qaldırmaq olar. “Gencaile.az” Aile.lent.az-a istinadən ev şəraitində istifadə edə biləcəyiniz təbii müalicə üsullarından bir neçəsi ilə sizi tanış edir.

– Sarımsaq bu müddətdə köməyə çatan ən faydalı tərəvəzdir.

– Boğaz ağrısı ilə mübarizədə gündəlik qidalanmada yer tutan meyvə suları da daxil olmaqla, şəkəri və süd məhsullarını menyudan çıxarın.

– Boğazdakı şişi və narahatlığı azaltmaq üçün saatda bir və ya daha tez-tez duzlu ilıq suyla qarqara edin. 1 stəkan ilıq suya yarım qaşıq duz əlavə edin. Duzlu su qarqarası balaca uşaq üçün də çox faydalıdır, hətta udsalar belə.

– Suyu əskik etməyin. Çay və ya şorba kimi ilıq içkilər boğazdakı narahatlığı azaltmağa köməkçi olur. Əgər uşaq boğaz ağrısı səbəbindən içməkdə çətinlik çəkərsə, şpritsdən istifadə edə bilərsiniz.

– Limon suyu da müalicəedici xüsusiyyətə malikdir, unutmayın.

– Ən klassik və etibarlı müalicə üsullarından biri olan sarımsaq limonadı xilaskarınız olacaq. Bunun üçün nazik doğranmış 2 diş sarımsağı bir qaba qoyun. Üzərinə 250 ml qaynar su əlavə edin və qapağını bağlayıb 30 dəqiqə saxlayın. Sarımsağı süzərək ayırın. İçinə bütöv bir limonu sıxıb suyunu əlavə edin, balla dadlandırın. İsti və ya ilıq halda içə bilərsiniz.

– Ekinezya və propolis tərkibli spreylər boğaz ağrıları, streptokok və virusa bağlı infeksiyalarda olduqca təsirlidir.

– Biyan kökü boğaz ağrılarına qarşı faydalıdır. Çaya qataraq için. Bu da klassik bir müalicə üsuludur.

Qeyd: ekinezya kökü, propolis, adaçayı yarpağı kimi bitki mənşəli boğaz spreyi vasitələrini hamiləlikdə istifadə etməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir