HEKIM

Azərbaycanlı məşhurların estetik-plastik cərrahı: “Bu əməliyyatdan sonra xəstələrdən xüsusi diqqət tələb olunmur” – MÜSAHİBƏ

Baxış sayı: 8. 622

“Gencaile.az” saytının “Həkimim” rubrikasının qonağı İstanbulun Superplast Estetik Cərrahiyyə Mərkəzinin estetik-plastik cərrahı, uzman Coşkun Levent Taşçıdır. Son vaxtlar azərbaycanlıların da tez-tez müraciət etdiyi türkiyəli həkimlə plastik cərrahiyyədə lazer üsulunun tətbiq edilməsi mövzusunda danışdıq.

 

– Son dövrlərdə plastik cərrahiyyədə lazer üsulu ilə bədəndən artıq yağların çıxarılması üstünlük təşkil edir. İlk olaraq bu haqda fikirlərinizi bilmək istərdik.

– İnsan bədənindən lazer lipoliz üsulu ilə yağların alınması metodu həm daha təhlükəsizdir, həm də daha uğurlu nəticələr əldə etməyə imkan verir. Əməliyyatdan sonra ən tezi 3, ən geci isə 20 gün ərzində nəticələr özünü göstərir. Bədəndən artıq yağları çıxarmadan ideal bədən forması əldə edənlərin üsulları ilə müqayisədə lazer lipoliz üsulu 100% daha etibarlıdır. İnsan bədənindən yağ almadan həyata keçirilən əməliyyatlar əslində, heç bir işə yaramayan əməliyyatlardır.

– Lazerlə yağ alma əməliyyatı necə həyata keçirilir?  

Yağ alma əməliyyatı təxminən, 40-45 dəqiqə ərzində həyata keçirilir. Əməliyyat zamanı xəstə tam yatmış vəziyyətdə olmur. Əməliyyat zamanı yağ alınan hissədə yerləşən heç bir orqana zərər verilmir. Lazer işıqları vasitəsilə  yağlar əridilir. Əməliyyatdan sonra xəstələr bandaj taxmalıdır və üç gün ərzində həmin korset çıxarılmamalıdır. Hətta yaxşı olar ki, 15-20 gün bandajdan mütamadi istifadə olunsun. Lazer lipoliz metodu ilə həyata keçirilən əməliyyatdan sonra xəstə istəsə, hətta təyyarə ilə dünyanın istənilən yerinə səyahət edə bilər.

– İnsanların bir çoxunda hakim olan düşüncə odur ki, artıq yağlar çəkisi çox olan inasanlarda yaranır. Bu haqda nə deyə bilərsiniz?

– Təbii ki, bədəndə artıq yağlar yalnız kök insanlarda olmur. Arıq adamların da bədəninin bəzi hissələrində artıq yağlar yığıla bilir. Bu proses genetik də ola bilər. Bu durumdan pəhriz saxlamaqla qurtulmaq mümkün olmur və bu zaman əməliyyata ehtiyac yaranır.

CLT1

–  Ümumiyyətlə, pasientləriniz daha çox bədənlərinin hansı hissələrindən şikayət edirlər?

Əslində, bu sualın cavabı türklər və avropalılar üçün dəyişkəndir. Türkiyədə xanımlar əsasən ombada, kişilər isə yuxarı ətraflardakı yığılan yağlardan narahatdırlar. Avropada isə xanımlar bel, kişilər isə həm bel, həm də qarın nahiyəsindən daha çox narahat olurlar.

– Son dönəmlərdə Azərbaycanda da lazer üsulu ilə yağlardan azad olmaq üsulu geniş yayılmaqdadır. Hətta siz də müsahibələrinizdən birində ölkəmizdən tanınmış adamların sizə müraciət etdiyini demişdiniz. Bu məqsədlə ölkəmizdən sizə müraciət edən məşhurlardan kimlərin adını çəkə bilərsiniz?

İndiyə qədər Azərbaycandan çox sayda pasientlərimiz olub. Son beş ildə ölkənizdən bizə müraciət edənlərin sayı daha da artıb. Məşhur azərbaycanlı pasientlərimizin də yetərincə olduğunu deyə bilərəm, amma onların adını mətbuata açıqlaya bilmərəm. Təbii ki, adlarını desəm, məndən inciyərlər. Bu onların haqlı olaraq xoşuna gəlməyəcək.

– Maraqlıdır, qadınların qarın hissəsində yağ alma əməliyyatı həyata keçirildikdən sonra pasientin övlad dünyaya gətirməsində problem olmur ki?

–  Bu əməliyyatı keçirmiş xanımların ana olmasında heç bir problemdən söhbət gedə bilməz. Adətən bu proses sadəcə doğuşdan əvvəlki vəziyyətin bərpası üçün edilir ki, bunda da qorxulu heç nə yoxdur. Amma əməliyyatdan sonra yenə doğuş olarsa, qarın qatı yenə açılır və yağlar yenidən toplanır. O zaman oranı yenidən bərpa etmək lazım gəlir.

– Lazer hipoliz üsulu ilə aparılan əməliyyatların xəstələrə hər hansı bir zərəri ola bilərmi?

– Bu əməliyyatları etmək üçün uyğun üsul seçərkən diqqət etdiyim mövzu bu üsulların FDA tərəfindən təsdiq edilmiş olması, ABŞ-da edilməsinə icazə verilən metodlar olmasıdır. İnsanların üzərində sağlamlıqlarına mənfi təsir edəcək hər hansı bir təsiri yoxdur.

– Əməliyyat keçirən insanların normal həyatına qayıtması üçün nə qədər vaxt tələb olunur?

–  Məsələn, əməliyyat etdiyimiz xəstə elə həmin gün kinoteatrda film izləməyə gedə bilər. Yox, əgər sizi pasientin nə vaxt idmanla məşğul ola biləcəyi maraqlandırırsa, buna cavabım 3-7 gündür.

– Ümumiyyətlə, xəstələrə əməliyyatdan sonra nələrə diqqət etmələrini tövsiyə edirsiniz?

–  Əməliyyatdan sonra taxılan bandajdan düzgün istifadə edilməsi və mümkün olduğu qədər çıxarılmaması önəmlidir. Qidalanma ilə bağlı xüsusi bir məsləhətim yoxdur. Ümumilikdə bu əməliyyatdan sonra xəstələrdən xüsusi diqqət tələb olunmur.

– Maraqlıdır, əməliyyat üçün sizə müraciət edən, amma son anda fikrindən daşınan pasientləriniz oldumu?

– Bəli, belə hallar olub, amma onu da deyim ki, həmin xəstələr bir müddət sonra əməliyyat üçün yenidən müraciət ediblər. İki aydan sonra daa altı aydan sonra da, hətta yeddi ildən sonra da yenidən müraciət edənlər olub. Mən onların ilk etapda əməliyyatdan imtina etməsini o anda qorxmaları ilə əlaqələndirirəm. Əməliyyat başa çatdıqdan sonra isə onların narahatlıqlarının əsassız olduğu üzə çıxır.

cOSKUN

– Son olaraq lazer üsulu ilə yağ aldırmaq istəyən xəstələr bunun üçün nə qədər xərcə düşməlidir?   

–  Bu məsələdə qiymətlər 2 və 7 min dollar arasında dəyişir. Məsələn, əməliyyatın bədənin hansı hissəsində aparılması, dərinin yumşaq və ya sərt olması kimi bir çox nüans əməliyyatın qiymətinə təsir edir. Lazer hipoliz üsulundan istifadə edərəkən iki cihazdan istifadə edirik. Dəri yumşaq, bədəndən alınacaq yağ isə az olduqda qiymət də aşağı olur.

 

Söhbətləşdi: Tural Məmmədov

c

TASCI

LTC

c2

c1

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir