Lalə Eminova

Yaxşı şokoladı necə tanıyaq? – “Ulduz” Şokolad Fabrikinin mütəxəssisi ilə MÜSAHİBƏ

Baxış sayı: 10. 256

Şokolad – həm faydaları, həm də öz dadı ilə sevimli qidamızdır. Oldquca faydalı və kalorili qida növü kimi qiymətləndirilən şokoladın istehlak səbətimizdə mühüm yer tutduğunu deyə bilərik. Marketlərdə tez-tez şokolad bölməsinə baş çəkirik, çeşidlər də olduqca geniş, rənagarəng. Bəs yaxşı şokoladı necə müəyyən etməli? Seçimdə hansı göstəricilərə diqqət yetirməli? Adətən şübhə ilə yanaşdığımız yerli məhsula şokolad istehsalı sahəsində etibar edə bilərikmi?

Bütün bu suallarımızı  “Ulduz” Şokolad Fabrikinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Lalə Eminova cavablandırıb.

– Öncə başlayaq, şokoladın faydalarından – bu qidanın hansı faydaları məlumdur?

– Şokolad kalsium, kalium, maqnezium, fosfor, flor, natrium, dəmir kimi mikroelementlər, karbohidratlar, əvəzsiz yağlı turşular, antioksidantlar, aromatik maddələr və s. faydalı maddələrlə zəngindir.

İlk növbədə demək lazımdır ki, şokolad ürək üçün çox xeyirlidir – ürəyin funksiyalarını yaxşılaşdırır, qan dövranına müsbət təsir edir, trombların əmələ gəlməsinin qarşısını alır, arterial təzyiqi normallaşdırır. Bu səbəbdən ürək xəstəlikləri olan insanlar onu öz pəhrizinə daxil etməlidir.

Şokolad sinir sistemini stimullaşdırır. Əqli fəaliyyətlə məşğul olan insanlara bu məhsul olduqca böyük xeyir gətirə bilər. Şokolad yaddaşı yaxşılaşdırır, stres və depressiyadan çıxmağa kömək edir. Məsləhət görürəm ki, stressli anlar yaşadıqda bir neçə şokolad tikəsini yeyəsiniz. Çox az bir müddətdən sonra siz özünüzü daha rahat hiss edəcəksiniz.İstehsalat 3

Bəzən biz şokoladın dişlər üçün çox ziyanlı olduğundan eşidirik. Lakin bu tam doğru deyil. Karamel və digər bu kimi şirniyyatlarla müqayisədə şokolad bizim dişlərimiz üçün qat-qat təhlükəsizdir.

Artıq təsdiqlənib ki, şokolad insanın əhvar-ruhiyyəsini yaxşılaşdırır, onun əmək qabiliyyətini yüksəldir.

Bir çox insanlar belə hesab edirlər ki, şokolad asılılıq yaradır. Lakin bu asılılığın formalaşması üçün insan hər gün onlarla şokolad məhsulları yeməlidir. Bu isə, təbii ki, mümkün deyil.

– Şokaladın istehsalı üçün başlıca xammal nədir və o, ölkəmizə hardan gətirilir?

– Yaxşı şokolad dedikdə, biz təbii şokoladı nəzərdə tuturuq. Onun tərkibində təbii kakao və kakao yağı var (palma, bitki və s. yağlar yox!). Tərkibində kakao yağı əvəzedicisi olan məhsullar isə qənnadı mina sayılır. Qənnadı mina əsl şokolad sayılmasa da ,əgər tərkibində keyfiyyətli komponentlər olsa onun da öz faydaları, dad fərqlilikləri var.

Ulduz şokolad fabriki istehsal etdiyi şokolad və qənnadı məhsullarının xammalın böyük bir qismini Belçika, Şrilanka, Almaniya, Rusiya, Ukrayna, Türkiyə, Argentina və digər ölkələrdən, bir qismini isə yerli şirkətlərdən, o cümlədən Azərsun Holdinqdən alır.

– Şokoladın hazırlanma texnologiyası da maraqlıdır. Şokolad necə istehsal olunur?

Şokolad konfetlərinin hazırlanması bir neçə mərhələdən ibarət olur.

İlkin olaraq xammal qəbul edilir. Mərkəzi laboratoriya tərəfindən analiz olunur və bu xammal istehsal prosesinə ötürülür.

Daha sonrakı ardıcıllıq bu cürdür: Sirop, nuqa, karamel tipli məhsulların bişməsi,daha sonra müxtəlif qatqılarla qarışması, soyudulması, şokolad minası ilə örtülməsi, təkrarən soyudulması və qablaşdırılması.6

– Keyfiyyətli ərzaq, qida az qala əsrin başlıca problemlərindən birinə çevrilib. Saxta məhsulların istehsalçıları isə ötənlərlə müqayisədə daha peşəkardırlar. Bu mənada şokolad istehsalçıları da yəqin ki, narahatdırlar. Eyni narahatlığı istehlakçı da keçirir təbii ki. Belə halda, mütəxəssis rəyi bizə keyfiyyətli şokoladı tanımaqda yardımçı ola bilər. Deyə bilərsinizmi ki, yaxşı, keyfiyyətli şokoladı biz ən sadə üsulla necə tanıya bilərik?

– Yaxşı şokolad kifayət qədər bahalı məhsuldur və bu səbəbdən ucuz şokolad sizdə şübhə yaratmalıdır.

Əsl şokolad kakao yağından istehsal edilən ləzzətli bir məhsuldur, qənnadı mina isə fərqli bitki yağlar istifadə edilərək kakao ilə birlikdə istehsal olunan şokolada bənzərdir, keyfiyyəti və qiymətləri fərqlidir. İstehlakçı etiket məlumatlarına diqqət yetirərək əsl şokoladı ayırd edə bilər. Əsl şokolad otaq temperaturunda belə yumşalır, əldə tutulduqda qısa müddətdə əriyir. Əsl şokolad – kakao yağı, şəkər, kakao kütləsi, süd tozu və qatqı maddələrindən ibarətdir.

Əsl şokoladın özünə xas qoxusu vardır, qırıldığında çıtırtı eşidilir. Tez ərimə şokoladın keyfiyyət göstəricisidir və yüksək faizdə kakao yağının olması əsl şokolada sübutdur. Əsl şokoladda heç bir topaqlıq olmur, parlaq olur. Əsl şokolad ağızda asan əriyir, əsl olmayan isə ağızda çətinliklə əriməklə bərabər dişlərə sabun kimi yapışır.İstehsalat 6

– Şokoladın saxlanma şəraiti necə olmalıdır?

– Şokolad (18±3)C temperaturda və havanın nisbi rütubəti maksimum 75 % olmaqla, ziyanvericilərin olmadığı şəraitdə saxlanmalıdır..

– Bəs hansı növ şokolad daha faydalıdır?

Ən faydalı şokolad növü acı şokoladdır. Bu şokoladın tərkibində şəkər azdır, lakin kakao çoxdur.

Həmçinin tərkibində müxtəlif quru meyvələr, ləpələr, taxıl məhsulları olan südlü şokoladla örtülmüş şokolad konfetləri də orqanizm üçün faydalıdır.

– Ulduz şokolad fabrikinin bazara çıxardığı şokoladların özünəməxsusluğu nələrdən ibarətdir? Ümumiyyətlə, bu məhsulları bazardakı digər çeşidlərdən nəsə fərqləndirirmi?

– Fabrikimiz məhsulların istehsal olunması zamanı müştəri məmnuniyyətini, istehlakçıların tələblərini, qida təhlükəsizliyi və keyfiyyəti ön planda tutur.

Biz daim müştərilər arasında sorğu keçirərək onların fikirlərini, məhsullarımızda nəyi bəyənib, nələri bəyənmədiklərini öyrənirik. Gələcək fəaliyyətlərimizdə istehlakçının dadda, dizaynda, görünüşdə olan tələblərini diqqətə alaraq daha da gözəl işlər görməyə çalışırıq.

Əsas məqsədlərimizdən biri bazara beynəlxalq və yerli standartların tələblərinə uyğun məhsul  təqdim etməkdir.

Fərqimiz bizim keyfiyyətimiz və məhsullarımızın zövq oxşayan olması, ən əsası təhlükəsiz olmasındadır.

 

Söhbətləşdi: Vüsal

ulduz bina




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir