Rio de Janeyro

14 saatın sonunda rastlaşdığım 14 min gözəllik – Araz Əhmədov Braziliyanı sizin üçün “kəşf” edir

Baxış sayı: 1. 841

Dostlarımla dünyada görmək istədiyimiz yerlər haqqında söhbət edərkən, hər dəfə Braziliyanın Rio de Janeyro şəhərində  İsa Peyğəmbərə ucaldılan abidənin adını çəkirdim. Heç ağlıma da gəlməzdi ki, qısa müddətdən sonra bu istəyim reallaşacaq.

Braziliyaya yolçuluğun ilk mərhələsi nə qədər qəribə səslənsə də, Türkiyənin ən böyük şəhəri olan İstanbuldan başladı. Bakıdan bu uzaq Cənubi Amerika ölkəsinə birbaşa aviareys olmadığı üçün hər kəsə “onu” xatırladan dəniz gözlü İstanbulun yeni hava limanından Sao Paolo(bəzi qaynaqlarda San-Paolo kimi yazılsa da, bu səhvdir – A.Ə) şəhərinə uçmalı idim.

Avropa və Afrika qitələri, Atlantik okeanı  üzərindən gerçəkləşdirilən yorucu 14 saatlıq zamanı ancaq bir şeyi düşünürdüm – Latın Amerikası ölkəsinə tez varmaq.

Ucsuz-bucaqsız favellaları(bax gecəqondu) ilə məni qarşılayan Braziliyanın ən çox əhalisi olan şəhərində həmdə  insanların gülərüzlüyü və səmimiyyəti  ilk diqqətimi çəkən məqamlardan oldu. İnsan özünü o mühitin içində uzaq yoldan gəlməsinə baxmayaraq, bol enerjili və melanxolik duyğulardan uzaq hiss edir.

Sao Paolodan Günəşin “yerdəki üzü” Rio de Janeyroya yerli aviaşirkətlərdən birinin təyyarəsi ilə yollandım. Bizlərdən fərqli olaraq, səbrli və təmkinli davranışları ilə seçilən braziliyalıların əcnəbilərə münasibəti çox gözəldir. Növbənin əsas qayəsinə anlayışla riayət edən yerli insanlar sanki heç vaxt heç yana tələsmirlər.

Ozünü onlardan biri hesab etməyin üçün əllərindən gələni edən bu portuqal dilli xalq komplekssiz olması, ucadan danışması, donuz ətini sevməməsi(Xristian ölkəsi olsalar da, ilboyu isti hava şəraitinin hökm sürməsi braziliyalıları donuz əti yeməkdən çəkindirir – A.Ə)ilə diqqət çəkir.

9 böyük favelladan ibarət Rioda ən məşhur yer “Kopakabana” çimərliyidi. 4 kilometrlik narın qumlu bu okean  sahilində həyat bir an olsun belə dayanmır. İsa Peyğəmbərin heykəli, “Kəllə qənd”, Selaron pilləkənləri, Karnaval və digər görməli və gəzməli yerlər Rio de Janeyronu dünyanın ən ecazkar şəhərlərindən birinə çevirib.

Bu dəfə bu şəhəri saytımızın dəyərli oxucuları üçün gəzdim.

0

1

19

2

3

4

17

6

5

7

8

9

10

16

11

12

13

14

15




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir