lazer epilyasiyasi

Lazer epilyasiyasının mənfi tərəfləri və üstünlükləri

Baxış sayı: 520

Lazer epilyasiyası, aparat əməliyyatları arasında son zamanlar geniş yayılıb. Şəhərin bütün gözəllik salonlarında lazer epilyası əməliyyatlarının reklamları ilə qarşılaşmaq mümkündür. Bununla yanaşı, gözəllik salonlarının sosial şəbəkə hesablarında da, lazer epilyasiyası reklamları ilə qarşılaşırıq. Qiymətlər isə gündən günə daha da ucuzlaşdığı üçün bu hər kəsin diqqətini çəkir.

Lazer epilyasiyası prosedurlarına daha çox qadınlar müraciət edir. Bu dəfə lazer epilyasiyasının faydaları və zərərlərindən danışacağıq.

 

Əvəvlcə lazer epilyasiyasının zərərlərini sadalayaq:

Bu uzun prosesdir. Təkcə üst dodağın üstünün lazer seansı bir dəqiqə zaman alır. Yaxşı nəticə əldə olunması üçün bir neçə seans tələb edilir. Və adətən seanslar arası 4-6 həftə vaxt keçməlidir. Yaxşı nəticə əldə etmək üçün seansları buraxmaq olmaz.

Lazer epilyasıyası bütün seansları hesabladıqda ucuz başa gələn proses deyil. Bununla yanaşı, lazer proseduru, sertifikat almamış həvəskarlar tərəfindən aparılarsa, dəridə yanıqlar və çapıqlar yarana bilər. Lazer əməliyyatı dermatoloq və yaxud sertifikat almış həkimlər tərəfindən aparılmalıdır.

Azərbaycanda bütün gözəllik salonlarında lazer epilyası xidmətləri təklif edilir. Odur ki, lazer epilyası üçün müraciət etdiyiniz zaman getdiyiniz yeri araşdırıb gedin ki, sonradan problem yaşamayasınız.

Lazer epilyasiyasının bir neçə riski var: Bu dərinin yanması və hormonal dəyişiklik olarsa, tüklərinizin yenidən çıxmasıdır. Bununla yanaşı, lazer epilyasiyası edilmiş nahiyədə piqmentasiya meydana gələ bilər.

Açıq yerlər lazer epilyasiyası edildiyi zaman prosedurdan öncə və sonra günəş şüalarına qarşı vasitələrdən istifadə etməlisiniz.

Hazırda pandemiya şəraitində yaşayırıq. Üzün və üst dodağın epilyasiyası zamanı maska çıxarıldığı üçün müraciət etdiyiniz klinikanın COVID-19-pandemiya qaydalarına əməl etdiyinə əmin olun.

lazer

Lazer epilyasiyasının mənfi tərəfləri yanaşı, üstünlükləri də var:

Tüklərin təmizlənməsi üçün, lazer epilyasiyası ideal prosedurdur. Prosedur tükləri birdəfəlik yox etmir, amma əhəmiyyətli şəkildə azaldır.

Epilyasiya, bütün nahiyələrdə; üzdə, qoltuqaltında, kürəkdə, əllərdə, ayaqlarda, bikini nahiyəsində və qarında aparıla bilər.

Dəri açıq, tüklər tünd olduğu halda lazer epilyasiyası xüsusi effekt verir.

Lazer epilyasiyası ağrılı prosedur deyil. Prosedurun verdiyi ağrı, lezva ilə təmizləmə və voskla təmizləmə arasında olan ağrıya bənzəyir.

Mütəxəssislər, lazer epilyasiyası prosedurundan öncə və sonra həmin nahiyəni xüsusi sistemlə soyudurlar. Hər prosedurdan sonra ağrı bir qədər də azalır və tüklər daha da incəlir.

Lazer epilyasiyası, tüklərin azalması üçün ən sürətli vasitə hesab edilə bilər.

Müştərilərin çox hissəsi, 4-cü və ya 6-cı seansdan sonra əla nəticə əldə edə bilirlər.

Xüsusi məsləhət: Lazer epilyasiyası proseduruna getdiyiniz zaman mütəxəsisdən aparatın başlığının üzərinə xüsusi örtük çəkməsini və ya sizdən əvvəl istifadə edilmiş örtüyü dəyişməsini tələb edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir