derman

Dərmanları evdə NECƏ SAXLAMALI? – İndiyədək SƏHV EDİRMİŞİK

Baxış sayı: 1. 394

Hər bir dərmanın saxlanma şəraiti onun keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Xalq arasında belə fikir var ki, dərmanları soyuducuda saxlayanda onun keyfiyyətini qorumuş oluruq. Lakin bu üsul bəzi dərmanların içindəki təsirli maddələrin ömrünə təsir göstərməsinə səbəb olur.

Türkiyənin Əczaçılıq fakültəsinin müəllimi Buket Ağsu dərmandan istifadə qədər onun saxlanma şəraitinin vacib olduğunu deyib.

“Dərmanın saxlanma şəraiti çox önəmlidir. Vətəndaşların bu məsələyə diqqət etməsi üçün aprek əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür. Çox zaman insanlar “soyuducuda dərman saxlamaq yaxşıdır”, deyə düşünür. Soyuducunun bir tərəfi dərmanlarla dolu olur. Ancaq hər dərmanı soyuducuda saxlamağa ehtiyac yoxdur. Bu zaman dərmanın tərkibindəki maddənin istifadə müddəti və keyfiyyəti aşağı düşür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir