Sotlandiya

Tarix qoxulu ölkə – “FOTOTURİST”

Baxış sayı: 600

Həddindən artıq sakit yerdir. Bu ölkədə hər kəs öz işi ilə məşğul olur. Heç kim heç kimi narahat etmir. Şəhərin hər tərəfi tarix qoxuyur. Tarixi binaları, alçaq mərtəbəli evləri ilə turistlərin diqqətini çəkir.

Söhbət bir çox insanın gəzmək və yaşamaq xəyalına çevrilən Şotlandiyadan gedir. Bir çox mənbələrdə bu ölkə haqqında maraqlı faktlar mövcuddur. Məsələn, göldəki suyun həcminə görə Şotlandiyanın ən böyük gölü Lox Ness-dir. Lakin turistləri bura cəlb edən yalnız bu fakt deyil. Belə hesab edirlər ki, gölün dərinliyində nəhəng bir div yaşayır. Bəli, onlar hələ də bu ölkədə divin yaşadığına inanırlar.

Şotlandiya haqqında məlumatlar yəqin ki çoxlarını maraqlandırır. Bu ölkə hətta müasir dövrdə də öz fərqliliyini qoruyub saxlayıb. XVIII əsrin əvvəlinə qədər Şotlandiya müstəqil dövlət idi. Ölkənin İngiltərəyə birləşməsi 1707-ci ilin 1 mayında baş verir. Məhz bu zaman Birləşmiş Krallıq yaradılır. Birləşmiş Krallıqda Uels, Şimali İrlandiya, İngiltərə və Şotlandiya yerləşir. Bu krallıqda ən böyük əhaliyə sahib olan İngiltərədən sonra əhalinin sayına görə ikinci ölkə Şotlandiyadır. Ölkədə 5 milyona yaxın şotlandiyalı yaşayır. Yəqin düşünürsünüz ki, görəsən niyə Şotlandiyadan bəhs edirik. Səbəb “Fototurist” rubrikasında virtual səyahətimizin məhz bu ölkəyə olmasıdır.

sotlandiya 8

sotlandiya 14 sotlandiya 1 sotlandiya 2 sotlandiya 3 sotlandiya 4 sotlandiya 5 sotlandiya 6 sotlandiya 7 sotlandiya 9 sotlandiya 10 sotlandiya 11 sotlandiya 12 sotlandiya 13




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir