ushaq pul

Uşaqlara nə üçün xərclik verilməlidir?

Baxış sayı: 1. 139

Yəqin, siz də diqqət yetirdiniz ki, biz başlıqda “Uşaqlara xərclik verilməlidirmi?” sualını qoymadıq. Çünki əgər belə olsa idi, bu sualın cavabı şübhəsiz ki, “Bəli!” olardı. Bəli, uşaqlara xərclik verilməlidir. Üstəlik, bəzi valideynlərin düşündüyü kimi “Uşaq nə bilir pul nədir?” fikri də tamamilə səhvdir. Halbuki valideynin düşünəcəyi əsas məsələ uşağına verəcəyi xərcliyin miqdarı və bu xərcliklə onun üzərinə qoyacağı məsuliyyət olmalıdır.

usaqpulu

Bəs uşaqlara xərclik verməkdə məqsəd nədir? Xərcliyin birdən çox məqsədi və buna uyğun olaraq faydaları var. İlk növbədə, xərclik uşaqda sahiblik hissini artırır və bu hiss uşaqda tədricən özünəinama səbəb olur. Xərcliklə uşaq məsuliyyət hissini öyrənir. Valideynin ona inandığını hiss edir. Xərcliklə uşaq əlindəkilərin qiymətini bilir. Zaman keçdikcə nəyi necə xərcləməyi öyrənir və uşaqda tədricən qənaət hissi formalaşır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir