1-ci sinif

Valideynlər, DİQQƏT: Birinci sinfə elektron ərizə qəbulu başlayır

Baxış sayı: 5. 898

Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhər Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq.

Elektron ərizələrin qəbulu  avqust ayının 20-dək davam edəcək. Elektron ərizə qəbulu üçün vətəndaşlar bakuedu.gov.az saytında yerləşdiriləcək ərizə formasını doldurmaqla öz uşaqlarını qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı, uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3×4 sm ölçüdə 1 ədəd foto şəklini də əlavə etməlidirlər.
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.




3 şərh “Valideynlər, DİQQƏT: Birinci sinfə elektron ərizə qəbulu başlayır

  1. Gunay

    Salam eger sinif muellimesinin yeri dolmayibsa o biri siniflerden sagirdeler bolunub verilirki muellimenin yeri dolsun?

    Cavabla

Gunay üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir