edviyyatlar

Ədviyyatlı yemək həqiqətən qastritə səbəb olurmu? – HƏKİM RƏYİ

Baxış sayı: 611

Məşhur inanca görə, ədviyyatlı yeməklərə meyil etmək mədə-bağırsaq traktının iltihabına səbəb ola bilər. Ancaq hər gün ədviyyat yeyən insanlar nadir hallarda mədə ağrısından şikayət edirlər.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki,qastrit mədə mukozasının iltihabıdır və onun funksiyalarının pozulmasına səbəb olur. Xəstələr narahatlıq və ağrıdan şikayət edirlər. Bundan əlavə, mədədə qastrit olduqda daxil olan qida zəif işlənir və nəticədə istehlak edilən qidalardan faydalı maddələr sorulmur.

Nermine Abbasova

Həkim qeyd edur ki, qastrit və xoraların əsas səbəbi, Helicobacter pylori bakteriyasıdır. Ancaq acı yemək öz-özünə mədə-bağırsaq traktının iltihabına səbəb ola bilməz. Üstəlik, son tədqiqatlar göstərir ki, bibərin bəzi növləri hətta zərərli bakteriyaların fəaliyyətinin qarşısını alır. Bununla belə, əgər sizdə artıq mədə problemi varsa, hər halda ədviyyatlı qidalara həddən artıq meyillənməməlisiniz, çünki onlar iltihabı artıra bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir