cepgozluk

Əfsanələşmiş 10 yanlış məlumat

Baxış sayı: 2. 211

İllərdir ki, təkrarlanan və inanılan çox sayda məlumatlar var. Lakin bizə təlqin edilən bu məlumatlar nə dərəcədə doğrudur? Aparılan elmi araşdırmalardan sonra bu məlumatların çoxunun arxasındakı gerçəklər ortaya çıxıb. Əfsanələşmiş və inanmağa davam etdiyimiz 10 yanlış məlumatı təqdim edirik:

 

*******

Image result for Beyaz dişler

1. Bəyaz dişlər hər nə qədər cəzbedici görsənsə də, hər zaman daha sağlıqlı olmaq anlamına gəlmir. Təbii və sağlıqlı dişlər qar bəyazı rəngdə deyil, bu rəngdən 1, 2 ton daha tünd rəngdə olan dişlərdir.

Related image

2. Bərk sabunlar gigiyenik cəhətdən sağlıqlı deyil. Xüsusilə ortaq halda istifadə edilən bu sabunlar üzərlərində yığılıb qalan mikrobları əldən-ələ keçirirlər. Yəni, bakteriayaları öldürmək əvəzinə onların daha da çoxalmağına və bir insandan başqa birisinə keçməyinə şərait yaradır. Əllərinizi yuduqda bu növ sabunlara ölü dəri, bakteriayalar hopur.

Image result for Sıvı sabun
Məhz buna görə də, maye sabunlardan istifadə daha məqsədəuyğundur. Və yaxud bərk sabunun üzərini su ilə yuyulduqdan sonra istifadə etmək, onları sərin yerdə, quru halda saxlamaq lazımdır. Çünki, sabunu nəmli halda saxladıqda onun üzərində bakteriyalar daha sürətlə toplanmağa başlayır.

Image result for Göz bebeklerimiz

3. Göz bəbəklərimizdə işığa reaksiya verən iki cür reseptor var. Çubuq və koni hüceyrələri adı verilən bu reseptorlar fərqli funksiyaları icra edirlər. Koni hüceyrələri rəngləri görməyimizi və onları ayırd etməyimizi təmin edir. Çubuq şəklində olan hüceyrələr isə hərəkətləri tutmağımızı və qaranlıqda az da olsa, görə bilməyimizi təmin edir. Əgər az işıq olan bir yerdə kitab oxusanız və ya kompüterlə işləsəniz adətən başınız ağrıyar, gözləriniz bulanıq görər. Çünki qaranlıqda bu çubuq hüceyrələr daha çox çalışır. Bundan başqa, oxuma əsnasında gözlər daha çox açılıb-qapanır.

Image result for Göz bebeklerimiz çubuk

Bu da göz quruluğuna səbəb olur. Bütün bu təsirlər birləşdikdə isə həmin an üçün göz yorğunluğu əmələ gələr. Lakin bunun uzun müddətli bir zərəri və ya qalıcı təsiri olmayacaq. Bununla belə, işıqlı yerdə işləmək və ya kitab oxumaq tövsiyyə edilir.

Image result for Tıraş

4. Vücudumuzda hər hansı bir tükü ülgüclə kəsdikdə sonradan daha qalın çıxması ilə bağlı fikirlər kökündən yanlışdır.

Açıqlayaq: Tüklər formaları etibarilə aşağıdan yuxarı doğru nazikləşərək böyüyürlər. Yəni, tük nə qədər uzun olsa, bir o qədər nazikləşir.

Ülgüc tüklərin üzərindən keçdikdə onların ən yuxarıda qalan – yəni, ən incə qismini kəsir. İlk başda qalın hissə inkişaf edir, lakin tük uzandıqca incəlməyə başlayır. Bir sözlə, tükün qalın və ya incə olmağının ülgücdən asılılığı 0-a bərabərdir.

Image result for dildə dad

5. İnsan dilinin üzərində fərqli dadalma bölgələrinin olduğu haqda fikirləri anatomiya dərsliklərindən bəlkə də xatırlayarsınız.

Aparılan araşdırmalardan sonra bəlli olub ki, dilin dadalma bölgələri yoxdur. Bu orqanın üzərindəki bütün nöqtələr eynidir və hər nöqtə fərqli-fərqli dadalma qabiliyyətinə malikdir. Bir sözlə, dilin üzərində acı, şirin, turş dadları almaq üçün fərqli nöqtələr yoxdur. Bu nöqtələr dilin hər tərəfinə bərabər şəkildə yayılıb.

Image result for Ziyillər

6. Ziyillər dərinin üst təbəqəsinə yerləşən HPV – yəni, “Human Papillomavirus”ların köməkliyi ilə əmələ gəlir. Əksər ziyillər zərərsizdir, lakin olduqca keçicilik xüsusiyyətinə malikdirlər. Yanlış bilinən məlumat isə, bu ziyillərin insanlardan heyvanlara, ya da heyvanlardan insanlara keçməyidir. Doğru məlumat isə heyvan ziyillərinin heyvanlar arasında, insan ziyillərinin insanlar arasında yayılmasıdır.

Image result for Şaşılık

7. Çaşgözlük gözlərin paralelliyinin pozulduğu və onların fərqli istiqamətə getdiyi zaman ortaya çıxar. Bu günə qədər bir uşağın gözlərini fərqli istiqamətdə uzun zaman saxlamağının çaşgözlülüyə səbəb olacağını eşitmişik. Lakin bu fikir olduqca yanlışıdır. Belə ki, gözləri könüllü olaraq sağa-sola, yuxarı-aşağı istiqamətləndirsək və bir müddət bu vəziyyətdə saxlasaq, bu, çaşgözlülüyə səbəb olmaz.

Image result for mikrodalğalı sobalar

8. İndi isə mikrodalğalı sobalar haqda yayılan və insanlar arasında əfsanələşmiş daha bir yanlış məlumatı nəzərinizə çatdıraq.

Mikrodalğalı sobaların xərçəngə səbəb olmağı ilə bağlı verilən məlumatlar yanlışdır. Bundan başqa, bu sobalar içərisində olan qidalara heç bir halda radioaktiv maddə keçirmir. Bu alətdəki radiasiya miqdarı bir insana təsir edə biləcək radiasiyadan dəfələrlə azdır. Dolayısı ilə, bunun insana hər hansı bir zərəri yoxdur. Bu sobaların ümumiyyətlə radiasiya yaymadığını demək də yanlış olar. Lakin hər gün istifadə etdiyimiz bir çox alət – telefeon, Wi Fi, komputer heç də bu sobalardan az radiasiya vermir.

Image result for qan mədə əzələlərinə

9. Belə bir inanc var. Yemək yedikdən sonra qan mədə əzələlərinə daha çox paylanar və qidanın həzmi üçün bədən daha çox enerji sərf etməyə başlayar. Misal üçün, “yeməkdən sonra idman etmək, üzmək olmaz” – kimi fikirlər də olduqca yanlışdır. Vücudumuzda yetərli miqrdarda qan var və yeməkdən sonra həzmetmə prosesi başlasa da edilən hərəkətlərə sərf olunacaq qədər enerjimiz hər zaman mövcuddur.

Image result for 8 saat yuxu

10. 8 saat yuxunun vücudun dinlənməsi üçün ən ideal müddət olduğu deyilir.

Bu doğrudan da belədirmi? Yoxsa bu da eşidə-eşidə inandığımız yalanların sırasındadır?

Aparılan araşdırmalardan sonra 6-7 saat yuxunun da insana yetərli olduğu gerçəyi ortaya çıxıb. Bundan başqa, yaş artdıqca ehtiyac duyulan yuxu müddəti azalır. Yəni, 40 yaşında olan bir insana “8 saat yatmaq məcburiyyətindəsən” demək, onun hər gün istifadə etdiyi əlavə 1-2 saatı əlindən almaq anlamına gəlir.

 

Toğrul İsmayıl




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir