IS yeri

Əməkdaşın işdən çıxmağa hazırlaşdığını necə bilək? – 23 İPUCU

Baxış sayı: 1. 431

Kadr axını biznesə problemlər yaradır, vaxt itkisinə səbəb olur, baha başa gəlir. Massaçusets texnologiya institutunun menecment məktəbində hesablayıblar ki, yeni əməkdaşların işə götürülməsi və öyrədilməsi onların illik maaşının 125-140%-ni təşkil edir və işdən çıxanlar bəzən işəgötürənləri məhkəməyə verirlər. Yuta Universitetinin nəzdində Con Hantsman adına Biznes məktəbinin alimləri işçilərinizin başqa şirkətə gedəcəyini göstərən əlamətlərin siyahısını tərtib edib. Siyahını təqdim edirik:

 

1) Uzunmüddətli layihələri qəbul etmək istəməməsi.

Ümumiyyətlə, işçilər bütün cari işləri yekunlaşdırmağı və iş yerini təmiz vicdanla tərk etməyi planlaşdırır. Uzunmüddətli layihələrlə məşğul olmaq uyğun məqam tapan kimi işdən ayrılmağa imkan vermir.

 

2) “LinkedIn”də və ya başqa işgüzar saytlarda fəallıq.

“LinkedIndə qəfil aktivlik işçinizin daha yaxşı iş axtardığına dair pis işarət ola bilər”, — karyera üzrə məsləhətçi Cennifer Vinter xəbərdarlıq edir.

 

3) Görüşlər və danışıqlar zamanı aktivliyin azalması.

Əgər əvvəllər fikrini açıq şəkildə bildirən və ideyaları müzakirə edən əməkdaş susqunlaşmağa başlayırsa, çox güman ki, getməyə hazırlaşır. Bəlkə də, işçinin ailəvi və ya şəxsi problemləri var, lakin bu, sizin də probleminizdir.

 

4) Konfrans və seminarlara qəfil sevgi.

Əməkdaş bu şəkildə başqa işəgötürənlərin diqqətini çəkməyə çalışır. Bunun əksi də bəd əlamətdir: İşçi yeni biliklər və sizin şirkətinizdəki vəzifəsi üzrə bacarıqlara yiyələnməyə maraq göstərmir.

 

5) İş yerində uzun müddət olmamaq.

İşçi əvvəllər xəstəliyə görə və əmək məzuniyyətinə çıxmırdısa və artıq, demək olar ki, ofisdə görünmürsə, iş vaxtında başqa iş yeri axtarışında ola bilər.

 

6) Mobil telefonla tez-tez danışmaq.

İşçi ofis və ya iclas salonunu şəxsi zəngə cavab vermək üçün tez-tez tərk edir? Ola bilsin ki, işçinin ailəsində hansısa problem var. O, başqa işəgötürənlə danışıqlar apara da bilər. Zənglər tezləşibsə, əmin olun ki, nəsə baş verir.

 

7) Məyusluq.

Gözlədiyi karyera yüksəlişini əldə edə bilməyən işçi özünü dəyərsiz və ya layiqincə qiymətləndirilməmiş hiss edir. Belə işçi özünüifadə imkanlarının mövcud olduğu yaxşı iş axtara bilər. “Glassdoor”un araşdırmasına əsasən, karyera yüksəlişi olmadan keçən hər 10 ay əməkdaşın qəfil işdən ayrılması ehtimalını 1% artırır.

 

8) Yüksəlməyə qarşı etinasızlıq.

Karyera nərdivanları ilə yüksəlmək o deməkdir ki, işçini qiymətləndirirlər. İşçi üçün bu, maraq kəsb etmirsə, işdən ayrılmağı düşünmə ehtimalı yüksəkdir.

 

9) İşçinin həyatındakı böyük dəyişikliklər.

Nikah, boşanma, uşaqların doğulması, xəstəyə qulluq və ya ev alınması əməkdaşın daha yüksək əmək haqqı və ya evdən işləmək zərurəti ilə bağlı işdən ayrılmasına səbəb ola bilər.

 

10) Məhsuldarlığın aşağı düşməsi.

“Əməkdaş işə etinasız yanaşırsa, tezliklə başqa işə getməyi planlaşdırır”, — beynəlxalq biznes-natiq və “Yumorun üstünlüyü” kitabının müəllifi Maykl Kerr hesab edir.

 

11) Dostların işdən ayrılması.

Tədqiqat göstərib: 57% amerikalı ən yaxın dostları ilə birlikdə işlədikləri şirkəti daha yüksək qiymətləndirir. Təqribi üçdə biri etiraf edib ki, dostların əhatəsində işləmək onların məhsuldarlığını artırır. Hər 5 nəfərdən biri deyir ki, bu, onların yaradıcılıq qabiliyyətlərinə müsbət təsir göstərir. 60% işçi üçün işdən alınan məmnunluq maaşdan daha əhəmiyyətlidir. Komandadan biri şirkəti tərk edirsə, arxasınca dostlarını da apara bilər.

 

12) Rəhbərliyin xoşuna gəlməyə çalışmamaq.

Əgər əməkdaş işdən sonra həvəslə qalırdısa və ya evə iş aparırdısa, sonra isə qəfil dəyişilibsə, bəlkə də, getməyə hazırlaşır.

 

13) Həmkarlarla çəkişmələr.

Kollektivdə münasibətlər çox vacibdir. Əgər əməkdaşlar arasında əlaqələr gərginləşirsə, onlardan biri daha yaxşı iş yeri tapmış ola bilər.

 

14) Ünsiyyət qurmağa istəksizlik.

İşçi rəhbərdən qaçır? Buyurun, daha bir əlamət.

 

15) Rəhbərliyin göstərişi olmadan tapşırıqlarını başqalarının boynuna qoymaq.

 

16) Yeni fikirlərin olmaması.

İşə etinasız olmayan əməkdaş komanda üçün qiymətli olmaq istəyir: faydalı ideyaları bölüşür, yeniliklər təklif edir. Bunlar artıq yox deyəcək qədər azdırsa, işçi marağını itirib.

 

17) İşdə uzun fasilələr.

İşçi nahar fasiləsindən “qayıtmaq istəmirsə”, bu, onu itirəcəyinizə işarədir. Belə ki, nahar vaxtını potensial işəgötürənlərlə görüşdə keçirməsi ehtimalı böyükdür.

 

18) İşçi konkret olaraq qrafik üzrə işləyir.

Əgər əvvəllər əməkdaş işə vaxtından əvvəl gəlirdisə, hətta həvəslə əlavə işləri də görürdüsə, indi isə işə gecikir və “zəng çalınan kimi qaçırsa”, bu, təhlükə siqnalıdır. İşdən tez çıxıb gedirsə, tamamilə əmin ola bilərsiniz: Şirkətdə uzun müddət qalmayacaq.

 

19) Şikayətlər.

Adətən həyatdan məmnun olan bir işçi birdən şikayət etməyə başlayırsa (işəgötürən, şirkət siyasəti və ya idarəetmə qərarları barədə), buna ciddi yanaşın. Qeyri-loyal işçi, çox güman ki, yeni iş axtarır və başqalarının arasında narazılığı yaya bilər.

 

20) Yeni diplom, lisenziya və ya sertifikat.

Əməkdaş komandanın daha qiymətli üzvü olmaq üçün də yeni biliklər mənimsəyə bilər, lakin əksi də mümkündür: İşçi ixtisaslaşmasını artırır ki, daha yaxşı yerə getsin.

 

21) Gizlilik.

Əgər əməkdaş kompüterinin ekranını və kağızları yad gözlərdən gizləyirsə, ofisin qapılarını adətən bağlı saxlayırsa, başqa iş axtarışında olduğunu düşünməkdə haqlısınız.

 

22) Zənglərə və məktublara cavab vermək istəməmək.

İşədüzəlmə üzrə mütəxəssis Linn Teylor söyləyir ki, işdən ayrılmağı planlaşdıran işçi ünsiyyətcil olmamağa başlayır. Çünki belə işçi düşünür ki, hal-hazırda işi tərk etməyə hazır deyilsə, qəliz suallardan yayınmaq ən məntiqli hərəkətdir.

 

23) İçinizdə pis hiss var.

Elm sübut edib ki, intuisiyanız sizə nəyinsə yolunda getmədiyini deyirsə, böyük ehtimalla yanılmırsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir