Hollandiya – bu ölkəni görməyən azərbaycanlılar üçün təsəvvürlər ölkəsidir: Cinsi azlıqların evləndiyi, narkomaniyanın və fahişəliyin leqallaşdırıldığı, kazino və barların bol olduğu bir yer. Bir sözlə, anarxiya. Kim harada nə istəyir edir, amma nədənsə, ölkə bu qədər çirkabın içərisində məhv olmur, Avropanın ən yaşamalı ölkələrindən birinə çevrilir. Səbəb? Bu səbəbi bilmək, daha dəqiq desək, Hollandiyanın əslində təsəvvürlərdəkindən fərqli ölkə olduğunu görmək üçün heç olmasa orda bir dəfə olmaq lazımdır. Baxırsan ki, şəhərdə həm çoxlu insan var, həm də dəhşət sakitlikdir. Tələsən insanlar küçədə bir-birlərinə dəyib, üzr istəyirlər. Yəni, o qədər basabasdı. Həm sıxlıq, həm sakitlik… İkisi birlikdə mümkün deyil əslində. Bax, belə qeyri-adi şəhərdir Amsterdam. Bu baxımdan Hollandiyanın paytaxtı cənnət kimi bir yerdir. “Gencaile.az” saytının “FotoTURist” rubrikasında məhz bu cənnətdən bəhs edəcəyik. Cənnətə gedə bilmirsinizsə, heç olmasa ŞƏKİLLƏRİNƏ baxın!
Fotolar Ezam Ataşovundur.